Bakıda 17 yaşlı qız itkin düşüb. 2008-ci il təvəllüdlü A.Rzayeva mayın 20-si Nizami rayonu E.Süleymanov küçəsində yaşadığı evdən dərsə getmək adı ilə çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı Nizami RPİ-də araşdırma aparılır.
“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub
“2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi Milli Məclisə daxil olub. Qanun layihəsi gələn həftə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirəyə çıxarılacaq. 2024-cü ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 37 milyard 164,2 milyon manat, xərcləri isə 37 milyard 719,7 milyon manat təşkil edib. Bunlar, 2023-cü illə müqayisədə müvafiq […]
BİZİM TƏQVİM: 23 mayda baş vermiş tarixi hadisələr
2001-ci ilin bu günündə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi, Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi ləğv edilərək onların bazasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb. Bu nazirlik Azərbaycan ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində ətraf mühitin qorunması, təbiətdən istifadənin təşkili, […]
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Ağdam rayonunun yenidən qurulan […]
Dövlət Gömrük Komitəsi hava limanında baş verən hadisəyə münasibət bildirib
Xanım bloger “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində hava limanında xidmət aparan gömrük əməkdaşlarının onun anasına qarşı kobud davrandıqlarını, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir, şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqlamasında bildirilir. “Xanım bloger anasına […]
Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını bəyan edib
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan yenidən prezident seçilmək qayğısının olmadığını açıqlayıb. Bu barədə o, Macarıstandan qayıdarkən təyyarədə jurnalistlərə danışıb. “Yeni konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim yenidən seçilmək və ya yenidən namizəd olmaq kimi bir qayğım yoxdur”, – Türkiyə lideri vurğulayıb. R.T.Ərdoğan qeyd edib ki, ölkədə artıq çevrilişçilərin […]
TDT-nin Budapeşt Zirvə toplantısı – Bakı sammitinə hazırlıq – ŞƏRH
Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət başçılarının Macarıstanın paytaxtı Budapeştdə qeyri-rəsmi Zirvə görüşü keçirilib.Beynəlxalq aləmdə baş verən hadisələr fonunda onun əhəmiyyəti ilə yanaşı, bir sıra istiqamətlərdə ismarışları da var. Macarıstan Avropa İttifaqının (Aİ) üzvü, bir Avropa dövlətidir. Budapeşt toplantısı rəsmi olmasa belə Aİ-yə TDT ilə əməkdaşlıq ismarışını verib. Bu il aprelin […]
İlham Əliyev onları təltif etdi – Sərəncam
Ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətləri olan bir qrup şəxs təltif edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. “Tərəqqi” medalı ilə Həsənov Ərəstun Həsənağa oğlu Qənbərov Mirsalam Böyükağa oğlu Sefiyev Amil Mirdaməd oğlu Şiralıyev Mayıs Ağahüseyin oğlu Tarverdiyev Qafar Hüseyn oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə […]
Tələt Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Tələt Tahir oğlu Məcidov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Tələt Məcidov bu ordenə Azərbaycanda dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, T. Məcidov 1999-cu ildən 2005-ci ilə kimi Səbail rayonunun icra başçısı olub. O, 2005-ci […]
Naxçıvanda kütləvi qida zəhərlənməsi olub, dönərxananın fəaliyyəti məhdudlaşdırılıb – YENİLƏNİB
Naxçıvanda kütləvi qida zəhərlənməsi baş vermiş dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. “Report”un yerli bürosu xəbər verir ki, 7 nəfərin qida zəhərlənməsinə səbəb olan Naxçıvan şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Qasımova Aysun Elkən qızına məxsus “Kassap dönər” adlı dönərxanada Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib. Yoxlama […]