Terror törətməyə hazırlaşan erməni diversantlar barədə Baş Prokurorluq və DSX-nin BİRGƏ MƏLUMATI

alfonsonri

Azərbaycan Respublikası Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumat yayıblar. Məlumatda deyilir: “Mayın 26-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diversiya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb. Belə ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupunun […]

Rusiya İran vasitəsilə xilas olmağa çalışır – “Kaspi”nin TƏHLİLİ

alfonsonri

Rusiya İranla hərbi-texniki sahədə əməkdaşlıqla yanaşı, indi də tranzit dəhlizlər məsələsində razılığa gəlib. Moskva həm “Rəşt-Astara” dəmiryolunun tikintisi üçün 1,6 milyard avro kredit ayırır, həm də Xəzərdə İran üçün yeni ticarət donanması yaradır. Qərb isə hər iki ölkəni yeni sanksiyalarla hədələyir. Ukraynaya hərbi müdaxilə səbəbindən Qərbin sanksiya və təzyiqləri ilə […]

Bayden Belarusdan danışdı: Çox mənfi

alfonsonri

ABŞ prezidenti Co Bayden Rusiyanın Belarusa taktiki nüvə silahları yerləşdirməsinə münasibət bildirib. Bu barədə o, jurnalistlərin suallarını cavablandırıb. Bayden Rusiyanın bu qərarına mənfi yanaşdığını deyib. Belarusla bağlı suala Baydenin cavabı belə olub: “Çox mənfi”.

Azərbaycan nefti cüzi BAHALAŞDI

alfonsonri

“Azeri Light” markalı Azərbaycan nefti cüzi bahalaşıb. Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları, yaxud 0,65 % artaraq 78,98 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti […]

Tovuz sakini minaya düşdü

alfonsonri

Bu gün saat 08 radələrində Tovuz rayonunun Əlibəyli kəndi ərazisində mina partlayışı baş verib. DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, kənd sakini 1948-ci il təvəllüdlü Abdulla Ələsgərovun minaya düşməsi barədə Tovuz Rayon Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis əməkdaşları hadisə yerinə gələrək A.Ələsgərovu xəstəxanaya çatdırıblar. Onun sol ayağından […]

Prezidentdən Şərqi Zəngəzurla bağlı FƏRMAN və SƏRƏNCAM

alfonsonri

Prezident İlham Əliyev “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.  Bununla bağlı President.az məlumat yayıb.  Fərmanla “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır və “Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və […]

Anar Cəbrayıllı: “Allahın suyudur”, “su qiymətinə” deyimləri belə dəyişməlidir”

alfonsonri

“Abonentlərin təxmini 11 faizində sayğac yoxdur”. Bununla bağlı “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bu gün keçirilən brifinqdə danışıb. Onun sözlərinə görə, hazırda təxmini 40 minə yaxın bağ evi var ki, sudan istifadəyə görə cəmi 3 manat 50 qəpik ödəniş edir: “2023-cü ilin sonuna qədər həmin ünvanlarda 100-ə […]

Daxili işlər naziri İsmayıllıda qəbul keçirəcək

alfonsonri

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari il iyun ayının 13-də İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasında Ağsu, İsmayıllı, Göyçay, Qobustan, Şamaxı şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.  Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 12.06.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, […]

İlham Əliyev mina təhlükəsi ilə bağlı MÜRACİƏT ETDİ

alfonsonri

Prezident İlham Əliyev “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət edib. Müraciətdə deyilir: “Hörmətli konfrans iştirakçıları! Sizi “Mina təhlükəsi ilə mübarizə – dayanıqlı inkişafa gedən yol” mövzusunda keçirilən beynəlxalq konfransın açılışı münasibətilə səmimi-qəlbdən salamlayıram. Bugünkü konfransın mövzusu Azərbaycan üçün və ümumiyyətlə bütün bəşəriyyət […]