Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

alfonsonri

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq. Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, Məhkəmə-Hüquq Şurasının 15 üzvdən ibarət tərkibi aşağıdakı qaydada təşkil olunacaq: -. hakimlərin konfransı tərəfindən seçilən apellyasiya instansiyası məhkəmələrinin üç hakimi; -. hakimlərin konfransı […]

“Azərbaycan tranzit ölkələr və istehlakçılar üçün təhlükəsiz şərait yaradıb” – Prezident

alfonsonri

Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” […]

Milli Məclisin yaz sessiyası başa çatdı – Növbədənkənar sessiya keçiriləcək

alfonsonri

Milli Məclisin yaz sessiyası başa çatıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət himninin səsləndirilməsi ilə başa çatıb. Milli Məclisin sədri qeyd edib ki, parlamentin növbədənkənar sessiyası keçiriləcək: “83 deputat növbədənkənar sessiyasının keçirilməsi üçün mənə müraciət edib və sərəncam imzalamışam. İyun ayında iclaslar olacaq”.

Ukrayna Rusiyanın iki vilayətini ATƏŞƏ TUTDU

alfonsonri

Ukrayna Belqorod vilayətinin Şebekino şəhərinə kütləvi zərbələr endirilib. Bu barədə Rusiyanın Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov öz teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, zərbələr nəticəsində 4 rusiyalı yaralanıb. Bununla yanaşı, Rusiyanın Kursk vilayətinin qubernatoru Roman Starovoit isə Qluşkovski rayonunun Tyotkino kəndinin yenidən Ukrayna tərəfindən atəşə tutulduğunu bildirib.

İsrail Prezidenti və xanımı İçərişəhərdə

alfonsonri

Ölkədə səfərdə olan İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq və birinci xanımı Mixal Hersoq mayın 31-də dünya mədəni irs abidələrindən sayılan İçərişəhərlə tanış olublar. Qonaqlar gəzintiyə orta əsr Şərq memarlığının şah əsəri, dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi olan Şirvanşahlar Sarayı Kompleksi ilə tanışlıqdan başlayıblar. Məlumat verilib ki, XV əsrin əvvəllərində inşa olunmuş […]

“Məktəblərdə yer məsələsi problemdir” – Fazil Mustafa

alfonsonri

“Məktəblərdə şagird sıxlığı məsələsi problemdir. 1000 yerlik məktəbdə 2500 şagird təhsil alır”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fazil Mustafa deyib. O bildirib ki, yeni korpusların tikilməsi nəzərdə tutulsa da, proses ləngiyir: “Bu da ölkədə müəyyən qədər savadsızlığa təsir göstərmiş olur”. İşsizlikdən danışan deputat qeyd edib ki, […]

Məşhur türk serialında xəritəmizlə bağlı səhv düzəldildi – FOTOLAR

alfonsonri

Türkiyədə yayımlanan “Ben bu cihana sığmazam” serialında Azərbaycan xəritəsi ilə bağlı buraxılan səhv aradan qaldırılıb. Ekran işinin son – 33-cü bölümündə xəritəmizdə Naxçıvan Muxtar Respublikası da əks olunub. Xatırladaq ki, serialın 32-ci bölümündə efirə gedən səhnələrdə sözügedən xəritədə Naxçıvan Azərbaycan ərazisi kimi göstərilməmişdi.

Novruz Aslanov I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə millət vəkili, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov aprelin 11-də I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Mayın 30-da Milli Məclisin sədri xanım Sahibə Qafarova və sədr müavinləri təntənəli surətdə həmin ordeni Novruz Aslanova təqdim ediblər. Həmin tədbirdə […]

İlham Əliyev açılış mərasimində çıxış edir

alfonsonri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edir. Dövlətimizin başçısı tədbirdə çıxış edir.

Biləsuvardakı hadisə ilə bağlı FHN-dən – Açıqlama

alfonsonri

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bolqarçay çayında Biləsuvar rayonunun bəzi kəndləri üçün qısamüddətli sel təhlükəsinin yaranması barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar dərhal Nazirliyin Muğan Regional Mərkəzinin və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Bölgədə əməliyyat […]