“Qisas” əməliyyatında öldürülmüş erməni hərbçlərin meyiti Ermənistana verildi

alfonsonri

Azərbaycan Ordusunun iyunun 28-də keçirdiyi “Qisas-2” əməliyyatı zamanı öldürülən erməni hərbçilərdən ikisinin meyitinin Ermənistana aparılmasına şərait yaradılıb. Qarabağda qeyri-qanuni silahlı dəstələrinin məhv edilmiş iki hərbçisinin meyitini onları yaxınları müşayiət edib. Meyitlər Laçın sərhəd-buraxılış məntəqəsindən keçirilməklə Ermənistana aparılıb. Proses iyulun 1-də Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib. Apa

Generalın qardaşının əvəzedicisi də İŞDƏN ÇIXARILDI

alfonsonri

Sabunçu Tibb Mərkəzinin direktor müavini, direktor vəzifəsini müvəqqəti icra edən Cahangir Həsənov işdən çıxarılıb. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb. Qeyd edək ki, Sabunçu Tibb Mərkəzinin direktoru Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun qardaşı Fikrət Zeynalov idi. O, […]

Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

alfonsonri

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) məlumat verilib. Dövlət Xidmətinin yerli struktur bölmələri çağırışçıların müəyyən edilmiş qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlayıb. Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi üçün mövcud imkanlar səfərbər […]

Ukraynada 21 min “Vaqner” döyüşçüsü öldürülüb

alfonsonri

Ukraynada hazırda davam edən müharibə zamanı “Vaqner” özəl hərbi şirkətinin 21 min muzdlu döyüşçüsü zərərsizləşdirilib. Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən bu dövr ərzində daha 80 min “Vaqner” döyüşçüsü yaralanıb.

DİQQƏT: “20 Yanvar” istiqamətində tuneldə hərəkətin məhdudlaşdırılma vaxtı dəyişdirildi

alfonsonri

“20 Yanvar” dairəsi istiqamətində tuneldə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı tarixə dəyişiklik edilib. Belə ki, sözügedən istiqamətdə hərəkət bu gecə məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib. Bildirilib ki, 2 iyul saat 00:00-dan 05:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız “20 Yanvar” dairəsi istiqamətində, […]

“Milyonların şousu”nda 5000 AZN qazanan müəllim vəfat etdi – VİDEO

alfonsonri

Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli məktəbin tarix müəllimi, jurnalist Rəna Məmmədova vəfat edib. Bu barədə onun şagirdlərindən biri, jurnalist Süleyman Həmidov şəxsi feysbuk hesabında yazıb: “Bir neçə gün öncə qürurla uğuruna sevindiyimiz müəlliməmizin bu gün haqq dünyasına qovuşduğuna dair xəbərini almaq olduqca çətindir. Rəna müəllimin mənim, Şabran rayonundan […]

Gəncədə OLAY: Əvvəl arvadını, sonra özünü bıçaqladı

alfonsonri

Gəncədə kişi arvadını bıçaqlayıb, sonra özünə bıçaqla xəsarət yetirib. Hadisə şəhərin Sevinc qəsəbəsində qeydə alınıb. 34 yaşlı Ramin İmanov həyat yoldaşı, 35 yaşlı Şəhla Bayramova ilə mübahisə edib. Daha sonra arvadına 12 bıçaq zərbəsi vurub, özünə də bıçaqla xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta ağır olduğu bildirilir. […]