Coca-Cola Avropada məhsullarını geri çağırır

“The Coca-Cola Company” qida nəhənginin törəmə şirkəti olan “Coca-Cola Europacific Partners Belgium” xloratların yüksək tərkibinə görə məhsullarını Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland, Fransa və Almaniya bazarlarından kütləvi şəkildə geri çağırdığını elan edib. Bu barədə “Agence France-Presse”ə şirkətdən bildirilib. “Dəqiq rəqəmlər yoxdur, lakin söhbətin əhəmiyyətli miqdarda məhsuldan getdiyi aydındır”, – “Coca-Cola […]

Bakının bir sıra yollarında tıxac müşahidə olunur

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər; […]

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb

Bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb. Bu barədə “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb. Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların […]

Prezident cinayət tərkibi olmayan məişət zorakılığı ilə bağlı şikayətə baxılma qaydasını təsdiqləyib

Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətə baxılma qaydası müəyyənləşib. Bununla bağlı “Məişət zorakılığının qarşısının alınması haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Belə ki, məişət zorakılığı ilə bağlı şikayətə zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu Qanunun 6.3-cü və 8-ci maddələrinin tələbləri nəzərə alınmaqla 5 […]

Keçmiş deputat HƏBS EDİLDİ

Qazaxıstan məhkəməsi keçmiş deputat Kayrat Kudaibergen barəsində həbs qərarı çıxarıb. Kayrat Kudaibergen, Qazaxıstan Cinayət Məcəlləsinin 272-ci (Zorakılıq, soyğunçuluq, yanğınla müşayiət olunan kütləvi iğtişaşların təşkili) və 126-cı (Qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə təqsirli bilinərək 8 il müddətinə həbs cəzasına məhkum edilib. Qeyd edək ki, Kudaibergen 2022-ci ilin iyulunda deputat mandatından […]

BMT-yə qarşı çıxan Makron – Paris Cənubi Qafqazda “yuyulmamış qaşıq” rolunda – ŞƏRH

Fransanın indiki hakimiyyəti, hökuməti ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaqla məşğuldur. Yelisey sarayı hələ də müstəmləkə ruhundan azad ola bilmir. Prezident Emmanuel Makron sələflərinin Fransa üçün topladıqları imici dağıdır. Bu ölkə daha çox başqa dövlətlərin daxili işinə müdaxilə etməklə özünü dünyanın aparıcı dövlətləri sırasında saxlamağa çalışır. Afrikadan çıxarılan, Asiyada yer verilməyən, Avropa […]

Qvineyanın yeni səfiri etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib – YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 27-də Qvineya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Umar Kandenin etimadnaməsini qəbul edib. Səfir etimadnaməsini dövlət başçısına təqdim edib. Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı siyasi və iqtisadi əlaqələrimizin uğurla inkişaf edəcəyinə ümidvarlığını bildirərək, ölkələrimizin bir sıra beynəlxalq təşkilatlarda, […]

Ruben Vardanyanın məhkəməsi davam etdirilir

Ermənistan vətəndaşı olan, Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesi başlayıb. Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin yeni inzibati binasında hakim Zeynal Ağayevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası davam etdirilir. Qeyd edək ki, yanvarın 17-də başlayan […]