Son 20 il ərzində Azərbaycanda 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunan müşavirədə çıxışı zamanı deyib. “335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. İndi bir daha öz sözlərimə qayıdıram. Əgər bu işləri […]
Prezident: “Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər”
Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Bu sözləri Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə deyib. Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanda 1 500 kilometrdən çox dəmir yolu tikilib, 1 800 kilometr təmir edilib, yeni qatarlar və vaqonlar alınıb, 90 kilometrdən çox […]
Ermənistanda rusiyalı hərbçi ölüb – 102 saylı baza bağlana bilər – ŞƏRH
Belə getsə, Ermənistan-Rusiya münasibətləri artan xətt üzrə gərginləşəcək. Ötən gün Ermənistanın Gümrü şəhərindəki Rusiyanın 102 saylı hərbi bazasının hərbçisi – 23 yaşlı Aleksey Yampolskin şəhərin Aram Xaçatryan küçəsində evdə elektrik naqili ilə şkafın qapısına asılı vəziyyətdə tapılıb. Ermənistan Tibbi-məhkəmə ekspertizasının ilkin məlumatına görə, əsgərin bədəninə baxış keçirilib və zorakılıq əlaməti […]
Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb
Sabah bələdiyyə seçkilərində səs verəcək seçicilərin yekun sayı açıqlanıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov 2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərinə həsr olunmuş mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda hazırda bələdiyyə seçkilərində səsvermə hüququ olan 5 milyon 961 min 987 seçici var: “Seçicilərin 5 […]
Nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib, Prezident İlham Əliyev çıxış edib
Yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.Azərbaycan Prezidenti İlham Əliyev müşavirədə çıxış edib.
Avropa İttifaqı Zəngilan istiqamətində müşahidələrini aktivləşdirib
Avropa İttifaqının (Aİ) Ermənistanın Azərbaycanla sərhəddində yerləşdirilən müşahidə missiyası Zəngilan istiqamətində fəaliyyətini aktivləşdirib. “Report”un əldə etdiyi görüntülərdən aydın olur ki, Ermənistanın Azərbaycanla şərti sərhəddə yerləşdirilən Aİ-nin müşahidə missyasına məxsus maşın karvanı sərhədə doğru irəliləyir. Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Qeyd edək ki, missiya ilə bağlı dəfələrlə Azərbaycan tərəfi narazılığını […]
78 nəfərin öldüyü otel yanğını ilə bağlı şok detal…
Türkiyədə yanğın zamanı 78 nəfərin öldüyü “Qrand Qartal” otelinin mühasibatlıq şöbəsinin müdiri Qədir Özdəmir Bolu Bələdiyyəsi ilə otel rəhbərliyi arasında baş tutan danışıqları etiraf edib. Bu barədə “Türkiyə” qəzeti məlumat yayıb. Nəşrin yazdığına görə, Özdəmirin 12 dekabr 2024-cü ildə yanğın yoxlaması müraciətindən sonra Bolu Bələdiyyəsi Xilasetmə İdarəsinin mütəxəssisləri oteldə yoxlama […]
Baş nazirdən ASAN Müraciətlə bağlı qərar
ASAN Müraciət informasiya sistemi haqqında Əsasnamə”də dəyişikliik edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, ASAN Müraciət informasiya sisteminin fəaliyyətində iştirak edən qurumların Siyahısna Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti də əlavə edilib.
Avropa klubundan “Qarabağ”ın bu futbolçusuna təklif
Olavio Juninyonu 5 milyon avro qarşılığında “Flamenqo”ya satan “Qarabağ”ın daha bir futbolçusuna təklif gəlib. Macarıstanın “Ferentsvaroş” klubu “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyevi heyətinə qatmaq istəyir. Xatırladaq ki, “Ferentsvaroş” 2023-cü ilin yayında “Qarabağ”dan Kvabena Ovusunu transfer etmişdi.
2 yaşlı uşağın nəfəs borusuna badam qırığı getdi, öldü
Ağdaşda 2 yaşlı uşaq nəfəs borusuna badam qırığı getməsi səbəbindən ölüb. 2023-cü il təvəllüdlü Kamran İsayev nəfəs borusuna badam qırığı getməsi səbəbindən Ağdaş Rayon Xəstəxanasına gətirilib. Həkimlərin səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.(Report) Faktla bağlı araşdırma aparılır.