Kürdəxanıda obyekt yanır

Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.  Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Azərbaycan neftinin qiyməti 68 dollardan aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,36 ABŞ dolları, yaxud 3,37 % azalaraq 67,63 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçerslərinin qiyməti 66,94 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” […]

Müdafiə Nazirliyi: Ermənistan tərəfi növbəti dəfə dezinformasiya yayıb

Azərbaycan Ordusunun bölmələrinin guya aprelin 23-də saat 22:20 radələrində Xəznəvar yaşayış məntəqəsi istiqamətində atəş açması barədə Ermənistan Müdafiə Mazirliyinin yaydığı məlumat növbəti dezinformasiyadır və həqiqəti əks etdirmir. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. “Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri mülki əhali və obyektlər istiqamətində heç vaxt atəş açmır. Qarşı tərəf […]

Bakının bir çox yollarında tıxac müşahidə edilir – SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyasından Binəqədi qəsəbəsi istiqamətində; 2. Binəqədi şosesi, “Azadlıq prospekti” metro stansiyası istiqamətində; 3. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 4. Tbilisi prospekti, “20 Yanvar” […]

Ərdoğan: Hazırda İstanbuldakı zəlzələ ilə bağlı narahatlığa əsas yoxdur

Hazırda İstanbulda baş verən zəlzələ ilə bağlı narahatlığa heç bir əsas yoxdur. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyə Daxili İşlər Nazirliyi yanında Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) və Səhiyyə Nazirliyi, ümumilikdə bütün dövlət qurumları təbii fəlakətlə bağlı hazırda gücləndirilmiş iş rejimində […]

İran Prezidenti: Azərbaycanla əməkdaşlığın inkişafı üçün böyük potensial var

İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ərəfəsində hökumət üzvləri ilə iclas keçirib. Bu barədə İran KİV-i məlumat yayıb. Yüksək səviyyəli görüşdə nazirlərlə yanaşı, Mərkəzi Bankın rəhbəri, Pezeşkianın siyasi müşavirləri və Azərbaycanla sərhəd vilayətlərinin rəhbərləri iştirak ediblər. Müşavirədə ikitərəfli münasibətlərin cari səviyyəsi və son hadisələr barədə məruzə araşdırılıb, ticarət, enerji, nəqliyyat […]

Paşinyana xidmət edən “Ermənistan” – parlamentdə oynanılan “dava” tamaşası – ŞƏRH

Ermənistan parlamentində yenə əlbəyaxa dava düşüb. Məlumata görə qarşıdurma hakim Vətəndaş Müqaviləsi Partiyasının deputatları ilə müxalif “Ermənistan” parlament fraksiyasından olan həmkarları arasında olub.Hadisə qondarma soyqırımı inkarına görə cinayət məsuliyyətinin tətbiqi təşəbbüsünün müzakirəsindən sonra baş verib. Toqquşmadan əvvəl parlament sədri Alen Simonyan “Ermənistan” fraksiyasının tərkibinə daxil olan müxalifətçi “Daşnaksütyun” partiyasının nümayəndələrinə […]

Hidayət Heydərov: “Daha güclü qayıdacağım anı səbirsizliklə gözləyirəm”

Azərbaycanın olimpiya, dünya və Avropa çempionu olan cüdoçusu Hidayət Heydərov tezliklə tam sağalıb tatamiyə daha güclü qayıdacağı anı səbirsizliklə gözləyir. Bu barədə 27 yaşlı idmançı şəxsi instaqram hesabında yazıb. O, bu gün Monteneqroda start götürən Avropa çempionatında xəstəlik səbəbindən iştirak edə bilməyəcəyini xatırladıb: “Sizinlə yenidən görüşmək fürsətini qaçırdığım üçün təəssüflənirəm. […]

İlham Əliyev Çinin Baş naziri ilə görüşüb – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də Pekində Çin Xalq Respublikasının Dövlət Şurasının Baş naziri Li Çianq ilə görüşüb.“Report”un Pekinə ezam olunan əməkdaşı xəbər verir ki, görüşdə ötən ilin iyulunda Azərbaycan və Çin arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin münasibətlərimizin yüksək səviyyəsini göstərdiyi bir daha vurğulanıb. Bu gün imzalanmış […]