Ukraynada yubanan atəşkəs – torpaqlardan çıxmayan Rusiya – ŞƏRH

ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaq cəhdləri hələ ki nəticə vermir. Tərəflər bir-birinin ərazisində hərbi əməliyyatları davam etdirirlər. Ancaq bu ilin fevralında Tramp Moskva ilə Kiyev arasında atəşkəslə bağlı fəaliyyətə başlayanda elə təəssürat yaranırdı ki, tezliklə atəşkəs elan olunacaq. Bununla da müharibənin bitməsi üçün şərait yaranacaq. Donald […]

Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib

Bakıda Azərbaycan və Özbəkistan Müdafiə Nazirlikləri nümayəndə heyətləri arasında işçi görüş keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, cari il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına əsasən keçirilən tədbirdə Müdafiə Nazirliyi Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsi tərəfindən qonaqlara Azərbaycan Ordusunda müdafiə planlaşdırılması sahəsində görülən işlər və bu […]

Azərbaycanda MRT və KT xidmətinə görə müştərək maliyyələşmə məbləği dəyişib

İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfində dəyişiklik edilib. Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Dəyişikliklə sığortaolunan ixtisaslı həkimin göndərişi əsasında tibbi göstərişi olan, ambulator şəraitdə göstərilən MRT (maqnit-rezonans tomoqrafiyası) və KT (kompüter tomoqrafiyası) xidmətinə görə hər müraciət üçün bu tibbi xidmətlər üzrə tarifin 20 faizi müştərək maliyyələşmə məbləği […]

Pakistan Hindistanla münaqişənin nüvə qarşıdurmasına çevrilə biləcəyinə dair xəbərdarlıq edib

Pakistan Hindistanın mümkün hərbi hücumuna qarşı hazırlıqlara başlayıb və belə bir ssenaridə tam gücü ilə cavab verəcəyini bəyan edib. Bu barədə Pakistanın müdafiə naziri Xavaca Asif bildirib. Nazir bildirib ki, “dünya ictimaiyyəti nüvə qarşıdurmasına çevrilə biləcək bu təhlükəli mübahisəyə diqqət yetirməlidir”. Onun sözlərinə görə, həm Pakistan, həm də Hindistan nüvə […]

Rusiya Ukraynaya PUA-larla hücum edib, ölən və yaralananlar var

Rusiya pilotsuz təyyarələrinin (PUA) Ukraynanın Pavloqrad şəhərinə hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Bu barədə Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak məlumat verib. “Dəqiqləşdirilmiş məlumatlara görə, Pavloqradda iki nəfər ölüb. Bir nəfərin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır”, – o qeyd edib. Ukrayna KİV-in məlumatına görə, hücum nəticəsində şəhərdə […]

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Aprelin 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.23% – 40,093.40 bəndədək, S&P 500 indeksi 2.03% – 5,484.77 bəndədək, Nasdaq indeksi isə 2.74% – 17,166.04 bəndədək artıb. Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0.05% – 8,407.44 bəndədək, Fransanın CAC-40 indeksi 0.27% – 7,502.78 bəndədək, Almaniyanın DAX indeksi isə […]

“Turan Tovuz” “Şamaxı”ya qarşı

Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək. Açılış oyununda “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək.  Görüş saat 19:00-da başlayacaq. Qeyd edək ki, 31 turdan sonra “Turan Tovuz” 48 xalla 4-cü, “Şamaxı” 34 xalla 7-ci pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası 25 aprel 19:00. “Turan Tovuz” – “Şamaxı” Hakimlər: Kamal Umudlu, […]

Bakının bir çox yollarında tıxac müşahidə edilir – SİYAHI

Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə […]

Bild: Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır

Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır. Bu barədə “Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymerin məqaləsində deyilir. “Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib. Eyni zamanda, mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib. O qeyd […]