Qazaxıstan prezidenti Azərbaycana rəsmi səfər edəcək

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər edəcək. Dogrusoztv.AzTrend-ə istinadən bildirir ki, səfər avqustun 24-nə planlaşdırılır. Səfərin gündəliyinə ticarət-iqtisadi, nəqliyyat-logistika, mədəni-humanitar əməkdaşlığın genişləndirilməsi, ümumilikdə Qazaxıstan-Azərbaycan strateji tərəfdaşlığının inkişafının müzakirəsi daxildir. Səfər zamanı bir sıra ikitərəfli sənədlərin imzalanması planlaşdırılır.

Müəllimlərin maaşlarına əlavələr müəyyən ediləcək – FƏRMAN

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb. Dogrusoztv.Az xəbər verir ki, fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və […]

Azərbaycan XİN Misirə başsağlığı verib

Xarici İşlər Nazirliyi Əbu-Sefein Kopt Kilsəsində baş vermiş yanğın nəticəsində həlak olanlarla bağlı Misir hökumətinə başsağlığı verib. APA xəbər verir ki, bu barədə Azərbaycan XİN rəsmi Tvitter hesabında paylaşım edib. “Misirdə Qahirədə Əbu-Sefein Kopt Kilsəsində baş verən yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı dərin hüznlə başsağlığı veririk. Yaralılara […]

Səlim Müslümov büdcəyə 20 milyon ödəyib

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. BiG.AZ xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən baxış iclasında ittiham aktı elan olunub. İttihamda göstərilib ki, Səlim Müslümov Əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi dövrdə nazirliyin […]

Ölkəmiz regionda güc mərkəzinə çevrilir

Avqustun 12-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın İsmayıllı rayonunun Basqal qəsəbəsinə və Ağsu rayonuna səfəri ölkəmizin inkişafı naminə atılan növbəti addımdır. Basqal qəsəbəsində olarkən ölkə başçısı Azərbaycan Televiziyasına geniş müsahibə vermişdir. Müxtəlif sahələriəhatə edən müsahibədə Prezident İlham Əliyev sosial-iqtisadi inkişaf məsələləri ilə yanaşı, regionda baş verən proseslər, […]

Xocalının kəndini tərk edən ermənilər görün nə etdilər – VİDEO

Azərbaycanın Qarabağ bölgəsində meşədə yanğın başlayıb. Sonxeber.az-ın məlumatına görə, Xocalının kəndlərinin birində erməni separatçılar meşəyə od vurublar. Onlar həmin ərazidən çıxmazdan öncə qisas məqsədilə belə bir vandallığa əl atıblar. Qeyd edək ki, Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Qarabağda yaşayan ermənilər oradan çıxmaq üçün […]

ŞAD XƏBƏR AÇIQLANDI – Prezident bu ərazilərə qayıdış üçün TAPŞIRIQ VERDİ – VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işğaldan azad edilmiş Laçın şəhərinə və rayonun Zabux, Sus kəndlərinə yerli sakinlərin qayıdışının təşkili ilə əlaqədar Prezident İlham Əliyevin verdiyi tapşırıqların icrası vəziyyətinə həsr olunmuş müşavirə keçirilib. Bu barədə XəzərXəbər-ə Dövlət Komitəsindən məlumat verilib. Xəbər verildiyi kimi, Prezident İlham Əliyev avqustun 12-də […]

Əli Əsədov yeni QƏRAR İMZALADI: Azərbaycanda BU, MƏCBURİ OLDU – VİDEO

Silahlı Qüvvələrinin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı, icbari narkoloji müayinəyə göndəriləcək. Bu, Nazirlər Kabinetinin müvafiq qərarlarına edilən dəyişiklikdə əksini tapıb. Hərbi ekspert Alp Arslan İmamqulu bildirib ki, bu dəyişikliyin əsasında bir neçə nüansa diqqət yetirilməlidir. […]

Ekoloji mühitə ziyan vurulması faktları ilə bağlı cinayət işləri başlanılıb

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, media və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində növbəti qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində meşə fonduna daxil olmayan,həmçinin Xaçmaz meşəbəyliyinin 5 və 10 saylı və Oğuz meşəbəyliyinin 8a saylı […]

Baş Prokurorluq Cəlilabadda keçirilən əməliyyatla bağlı məlumat yaydı

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında vətəndaşların sosial təminatı məsələləri ilə əlaqədar bir sıra öhdəliklərin yerinə yetirilməsi zamanı vəzifə saxtakarlıqlarına yol verilməsi barədə daxil olmuş müraciət əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilib. Dogrusoztv.Az bildirir ki, Baş Prokurorluqdan verilən məlumata görə, ilkin əməliyyat tədbirləri ilə […]