Milli Məclis 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib. Parlamentin bu gün keçirilən plenar iclasında spiker Sahibə Qafarova təklif edib ki, 8 Martla əlaqədar Mehriban Əliyevaya təbrik məktubu ünvanlansın. Deputatlar sədrin təklifini dəstəkləyiblər.
Azərbaycanda qadınlar kişiləri bu göstəricidə üstələyir
2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil edib, ötən ildə doğulmuş 122,8 min körpədən 47,1 faizi qız uşaqları olub. Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81,9 faizi, orta ixtisas təhsil müəssisələrində 81,3 faizi, ali təhsil müəssisələrində 57,4 faizi, həkimlərin isə […]
8 Martda hava necə olacaq?
Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütunundan 765 mm civə sütununa enəcək. […]
Nərimanovda aparatdan 29 min manat oğurlandı – Kameraya düşdü
Nərimanov rayonunda yerləşən ödəmə terminallarından birindən oğurluq edilib. Dogrusoztv.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, naməlum şəxs terminalı sındıraraq oradan 29 min manata yaxın pulu ələ keçirib. Həmin şəxsin oğurluq etməsi təhlükəsizlik kameraları vasitəsi ilə də görüntülənib. Nərimanov Rayon Polis İdarəsinin keçirdiyi əməliyyatla hadisəni törətməkdə şübhəli bilinən Rəşad Süleymanov […]
“Dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir” – Səbinə Əliyeva
Dərman vasitələrinin keyfiyyəti narahatlıq yaradan problemlərdən biridir”. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, eyni tərkibli, lakin müxtəlif ölkələrdə istehsal olunan dərmanların orqanizmə təsiri həmin dərmanların keyfiyyəti məsələsinə ciddi yanaşma tələb edir. “Bu baxımdan, dərman vasitələrinin keyfiyyətinə nəzarət gücləndirilməlidir”, – deyə S.Əliyeva […]
Feministlərin 8 Mart yürüşünə icazə verilmədi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) feminist fəalların martın 8-də Bakıda yürüş keçirməsinə icazə verməyib. Bu barədə Bakı şəhər İcra Hakimiyyətindən məlumat verilib. Məlumata görə, müraciətdə bildirilib ki, qadın hüquqları ilə bağlı Fəvvarələr meydanından Natəvanın heykəlinə qədər yürüş keçirilməsinə icazə verilsin. Bakı şəhər İcra Hakimiyyəti yürüş keçirilməsini yer baxımından məqsədəuyğun saymayıb.
Milli Məclis 13 məsələyə görə TOPLAŞIR
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasda 13 məsələ müzakirə olunacaq. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında. 2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş). 3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda […]
Hazırda tıxac olan yolların SİYAHISI
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Hazırda paytaxtın küçə və prospektlərində müşahidə olunan sıxlıq aşağıdakı kimidir: 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində; 2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən “20 Yanvar” metro […]
Laçın-Xankəndi yolundakı aksiyanın 86-cı günü
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 86 gündür davam edir. Havanın soyuq olmasına baxmayaraq, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. […]
Bu gün Yel çərşənbəsidir
Bu gün Azərbaycanda Yel çərşənbəsi qeyd olunur. Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə” kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə, Yel çərşənbəsində oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Qeyd edək ki, Azərbaycanda Novruzun ilk çərşənbəsi – Su çərşənbəsi fevralın 21-də, Od çərşənbəsi isə 28 fevralda […]