Bakıdakı Məşədi Dadaş məscidinə yeni imam təyin edilib. İmam vəzifəsinə Əli Şərbətov təyinat olub. Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, Məşədi Dadaş məscidinin imamı hacı Şahin Həsənli martın 2-də vəfat edib.
Bakıda “Formula-1″ə görə bağlanan yollar açıldı
Bu gün səhər saat 8:00-dan etibarən “Formula-1″ə görə bağlanmış yollar artıq açılıb. Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərlii məlumat verib.
Laçın sərhəd məntəqəsində rentgen aparatı qoyuldu – FOTO
Laçın sərhəd nəzarət -buraxılış məntəqəsində rentgen aparatı qoyulub. Bu barədə sosial şəbəkələrdə fotolar paylaşılıb. Bildirilib ki, Britaniya istehsalı olan mobil rentgen aparatı Ermənistandan Azərbaycana daxil olan yüklərin yoxlanması üçün istifadə olunacaq. Qeyd edək ki, Azərbaycanın Laçın rayonunda Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsindən insanların və avtomobillərin sərbəst keçid təmin olunur. […]
Milli Məclis toplanır – Gündəlikdə nələr var…
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 17 məsələ daxildir. Bunlar aşağıdakılardır:
“Mehman Xəlilov cüdo idman növü üzrə məşqçi deyil” – Azərbaycan Cüdo Federasiyası
Azərbaycan Cüdo Federasiyası Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: “Sumqayıtda 7 yaşlı uşağın idman zalında aldığı xəsarət nəticəsində həyatını itirməsi ilə bağlı yayılan xəbərdə cüdo idman növünün adı çəkilir və bununla əlaqədar kütləvi informasiya vasitələrindən Azərbaycan Cüdo Federasiyasına (ACF) […]
Ceyhun Bayramovla Mirzoyanın görüşündən – Fotolar
Xəbər verdiyimiz kimi, mayın 1-də ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Vaşinqtonda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçirilib. Blinken tviter hesabında görüşdən paylaşım edib. “Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə bizim yeni Corc P. Şults adına Milli Xarici Əlaqələr Tədris […]
Azyaşlını “Mustang”la vurub öldürən polis HƏBS EDİLDİ
Ötən il iyulun 7-də saat 17 radələrində Xətai rayonu ərazisində, metronun “Həzi Aslanov” stansiyasının yaxınlığında idarə etdiyi “Ford Mustang” markalı idman avtomobili ilə ana və oğlunu vuran polis zabiti həbs edilib. Barəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi ilə iş açılan Xızı […]
Sabiq bələdiyyə sədrinə cinayət işi AÇILDI
Xaçmazda sabiq bələdiyyə sədri barəsində cinayət işi açılıb. Bu barədə Xaçmaz Rayon Prokurorluğundan məlumat verilib. Belə ki, Xaçmaz rayonu, Çaykənarı bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri barədə rayon prokurorluğunda araşdırma aparılıb. Araşdırma zamanı Oqtay Şıxməmmədovun bələdiyyənin sədri işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək bələdiyyənin qanuni mənafelərinə mühüm zərər vurmasına, habelə rəsmi sənədlərə […]
Bu şəxslərə maaşlarından əlavə 600 manat ödəniləcək
Əmək Məcəlləsində edilən dəyişikliklərə uyğun olaraq yeni güzəştlərin tətbiqi mexanizmi hazırdır. Belə ki, yeni dəyişikliklərlə işğaldan azad olunan ərazilərmizdə – Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin, eləcə də güzəştlərin tətbiqini nəzərdə tutulur”. Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, peşə, orta ixtisas və […]
Sabah bəzi yerlərdə yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa […]