Azərbaycanla Moldova arasında ticarət dövriyyəsinin həcmi AÇIQLANDI

Ötən il Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsi 7,8 milyon dolları ötüb. Doğrusöztv.az xəbər verir ki, bu barədə Moldovanın Milli Statistika Bürosu məlumat yayıb. Bildirilir ki, 2020-ci il ərzində ölkəmizin Moldovadan idxal etdiyi məhsulun dəyəri 4 milyon dolları ötüb. Azərbaycandan Moldovaya isə 3,8 milyon dollar dəyərində məhsul ixrac olunub.

5 ildir qəfəsdə yaşayır – VİDEO

5 ildir qəfəsdə yaşayır – VİDEO 18:07 2021-01-17 DÜNYA Filippində psixoloji xəstəliyi olan 29 yaşlı gənc qadının qəfəsdə saxlanıldığı görülüb.  Doğrusöztv.Az Unikal.org -a istinadən xəbər verir ki,  gənc qadın müalicəsi üçün lazımlı dərmanları ala bilməyən ailəsi tərəfindən 5 ildir qəfəsdə saxlanılır.  Belə ki, xəstənin durumu günü-gündən pisləşir.  Bununla bağlı paylaşılan videogörüntülər isə insanlar arasında narazılıq yaradıb. […]

Şuşada şəhid olan çavuş

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının çavuşu Rzayev Ceyhun İsmayıl oğlu Vətən Müharibəsinin şəhidlərindəndir. Nazirlikdən Doğrusöztv.Az-a verilən məlumata görə, C.Rzayev 16.09.1994-cü ildə Bərdə rayonunda doğulub. O, ötən il noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.

Heydər Əliyev məktəbinin, İlham Əliyev idarəçiliyinin yetişdirdiyi gənclər bizə Zəfər yaşatdı – Deputat

Azərbaycanın əldə etdiyi tarixi zəfəri şərtləndirən bir sıra mühüm əhmiyyətli faktorlar var ki, onların da başında hər şeydən öncə lider və insan amili dayanır. Tarixi təcrübə də, bugünkü ən yeni reallıqlar da bir daha təsdiq edir ki, qələbəni yalnız güclü iradəyə sahib, qətiyyətli, heç nədən çəkinməyərək cəsur qərarlar qəbul edən, […]

Azərbaycanda COVID-19 əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası təsdiq edilib

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq edilib. Doğrusöztv.Az xəbər verir ki, sərəncama əsasən Vaksinasiya Strategiyasının Tədbirlər Planında nəzərdə tutulmuş icraçı orqanlar (qurumlar) zəruri tədbirlərin müəyyən edilmiş müddətlərdə yerinə yetirilməsini təmin etməli və işlərin gedişatı barədə məlumatları […]

Azərbaycanın Ermənistana qarşı dövlətlərarası ərizəsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində zərər çəkmiş vətəndaşlarımızın hüquq və azadlıqlarının pozulmasına dair dövlətlərarası ərizə hazırlanaraq 2021-ci il yanvarın 15-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə təqdim edilib. Doğrusöztv.Az xəbər verir ki, ərizənin hazırlanmasına beynəlxalq hüquq aləmində tanınmış ekspertlər və Azərbaycan Respublikasının […]

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib

Yanvarın 16–da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib. Telefon söhbəti zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi, əməkdaşlığımızın daim genişləndiyi bir daha vurğulanıb. Prezident İlham Əliyev Türkiyə Prezidentini işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma […]

Prezidentin köməkçisi Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclasında iştirak edib (FOTO)

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Doğrusöztv.Az xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib. İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib. Prezidentin […]

Ceyhun Bayramov və Sergey Lavrov arasında telefon danışığı olub

Cari ilin 15 yanvar tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Doğrusöztv.Az bildirir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyəti, eləcə də […]

Heç bir abonentə sərfiyyatdan artıq borc yazılmır – “Azəriqaz”

Son günlər sosial şəbəkə ünvanlarında guya mexaniki-elektron sayğacların təbii qazla bağlı daha çox sərfiyyatı qeydə aldığı barədə müxtəlif yanaşmalara rast gəlinir. Doğrusöztv.Az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən Trend-ə bildirilib ki, deyilənlər həqiqəti əks etdirmir. Qaz ölçü qurğuları, yəni sayğacların hamısının bir funksiyası var – sayğacdan keçən təbii qazın […]