Prezident delimitasiya ilə bağlı əsasnaməni təsdiqlədi

“Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiqlənib. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, bu ilin avqustun 30-da imzalanmış “Azərbaycan Respublikası ilə […]

BRICS-in yüksəlişi və qlobal sistemə təsirləri – ARAŞDIRMA

2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılan BRICS hökumətlərarası qurum kimi bu gün qlobal iqtisadiyyatın və siyasətin transformasiyasında mühüm rol oynayır.Dünya əhalisinin təxminən 45 %-ni və qlobal iqtisadiyyatın 37,4 %-ni əhatə edən bu qurum inkişaf etməkdə olan iqtisadiyyatlara dəstək kimi ön plana çıxır. 2011-ci ildə Cənubi Afrika Respublikasının (CAR), 2024-cü il yanvarın […]

Bakıda İçərişəhərə və Əziz Əliyev küçəsinə giriş məhdudlaşdırılır

Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsində – İçərişəhərdə və Əziz Əliyev küçəsində təklif edilən layihənin icrasına başlanılacaq. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Nəqliyyatı Əlaqələndirmə Şurasının təsdiq etdiyi layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev […]

Peşə məktəbləri üçün iki istiqamətdə qiymətləndirmə meyarları təsdiqlənib

“Peşə təhsili müəssisəsinin institusional akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” və “Peşə təhsili müəssisəsinin proqram akkreditasiyası üzrə qiymətləndirmə Meyarları” təsdiqlənib. Bununla bağlı Elm və Təhsil Nazirliyinin kollegiyası qərar qəbul edib. Nazirliyin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinə qərardan irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Qərarın icrasına nəzarət nazir müavini İdris İsayevə […]

Azərbaycanda dönərin qiyməti bahalaşa bilər – VİDEO

Dönərlə bağlı yeni texniki normativ hüquqi akt hazırlanıb. Aktı Qida Təhlükəsizliyi Agentliyi hazırlayıb. Məqsəd yüksəkriskli iaşə məhsulu olan dönərin təhlükəsiz istehlakı üçün gigiyena qaydalarına daha ciddi şəkildə əməl olunması, eyni zamanda bu məhsulla bağlı tənzimləmə və nəzarət mexanizmlərinin təkmilləşdirilməsidir. Sənəd Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək üçün Ədliyyə Nazirliyinə təqdim […]

İran İsraillə bağlı bir neçə cavab variantı hazırlayıb

“İranın İsrailin mümkün zərbələrinə reaksiyası sözügedən hücumun ciddiliyindən asılı olacaq”. Bu barədə məlumatı öz mənbələrinə istinadən “The New York Times” yayıb. Dörd iranlı məmurun sözlərinə görə, İranın ali lideri Əli Xamenei hərbçilərə İsrailin hücumuna cavabla bağlı çox sayda hərbi plan hazırlamağı tapşırıb. Mənbələr vurğulayıb ki, İranın cavabının miqyası hücumların ciddiliyindən […]

Tramp ABŞ-ni “dünyanın zibilxanası” adlandırıb

ABŞ demokratların miqrasiya siyasəti səbəbindən dünya üçün zibilxanaya çevrilib. “Report” xəbər verir ki, bunu Respublikaçı Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Arizonada tərəfdarları qarşısında çıxışı zamanı bildirib. Onun fikrincə, ABŞ vitse-prezidenti və seçkilərdə rəqibi Kamala Harris vəzifəsini tutduqdan sonra qəsdən ABŞ sərhədlərini açıb. O həmçinin vurğulayıb ki, Harris dünyanın hər […]

Günə yenə tıxacla başladıq – Siyahı

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə […]

Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 4 il ötür. Xatırladır ki, müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. 2020-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Zəngilan, Cəbrayıl, Qubadlı […]