“Bayden ABŞ-nin xarici siyasətini son 4 ildə ölkə tarixində ən aşağı səviyyəyə salıb”.Bunu ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp deyib. “Son dörd ildə baş verənlərə nəzər salsaq, düşünürəm ki, bu, ABŞ tarixində ən aşağı səviyyə olub. Çox pis olub hər şey”, – deyə o bildirib Amerikanın yeni lideri Baydenin xarici […]
Bakının bir sıra yollarında tıxac müşahidə olunur
Bakının bir sıra yollarında tıxac müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində; 2. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 3. Niyazi küçəsi, “Azneft” dairəsi istiqamətində; 4. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində; 5. Heydər […]
Afrikadan qovulan fransızlar – SSRİ-yə oxşamağa başlayan Fransa – TƏHLİL
Fransa Afrikadan qovulur. Bu, qərəz deyil, reallıqdır. Fransa müstəmləkəçilərinin qalıqları qitədən çıxarılır. Rəsmi Parislə imzalanmış müqavilələr yenilənmir, müddəti uzadılmır. Çadla Fransa arasında müdafiə sahəsində əməkdaşlığa dair müqavilə 2024-cü ilin iyulunda əldə edilən razılaşmaya əsasən, pozulub. Bununla da fransız ordusu ölkəni tərk etməyə başlayır. Artıq Fransa rəsmi şəkildə Abeşe şəhərindəki hərbi […]
Bakıda 20 Yanvar qətliamının ildönümünə hazırlıq BAŞLADI
20 Yanvar qətliamının növbəti ildönümü ilə bağlı Şəhidlər Xiyabanında ilkin hazırlıq işlərinə başlanılıb. Bakı Şəhər İcra Hakimiyyətinin qurumları artıq Xiyaban ərazisində zədələnmiş plitələr və yer örtüklərini yeniləri ilə əvəz edir, ərazi yuyulur, təmizlik və abadlıq işləri görülür. Bir sıra ağacların budaqları və bəzi kollar budanır, qazon örtüyü yenilənir. Həmçinin Xiyabandakı […]
Küləkli hava ilə bağlı xəbərdarlıq
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Bakıda və Abşeron yarımadasında, Kəlbəcər, Laçın, Şabran, Siyəzən, Xaçmaz, Xızı, Hacıqabul, Qobustan, Salyan, Neftçala, Lerik, Yardımlı, Yevlax, […]
Azərbaycan Qafqazın ən güclü ölkəsidir – Reytinq AÇIQLANDI
Dünya ölkələrinin hərbi gücünü əks etdirən “Global Firepower” reytinqi yenilənib. Reytinqdə hərbi hissələrin sayından və maliyyə vəziyyətindən tutmuş maddi-texniki imkanlara və coğrafiyaya kimi kateqoriyalar üzrə hər bir ölkə üçün 60-dan çox amil nəzərə alınıb. 2025-ci ildə ilk beşliyə ABŞ, Rusiya, Çin, Hindistan və Cənubi Koreya daxil olub. Azərbaycan siyahıda 60-cı […]
İran səfiri Rusiya ilə imzalanacaq strateji sənəddən danışdı
İran və Rusiya arasında hərtərəfli strateji əməkdaşlıq haqqında saziş 47 maddədən ibarətdir. Bunu İranın Rusiyadakı səfiri Kazem Cəlali prezident Məsud Pezeşkianın bu həftə Rusiyaya gözlənilən səfəri zamanı imzalanacaq sənədi şərh edərkən bildirib. Oəyan edib ki, strateji əməkdaşlıq haqqında saziş ikitərəfli münasibətlərin bütün sahələrini əhatə edir. “Bu müqavilə giriş hissəsi və […]
Sabah Bakıda çiskin olacaq, bəzi rayonlara yağış və qar yağacaq
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Gündüz bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Gecə və səhər isə bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-9° isti olacaq. […]
Xuraman həyat yoldaşından ayrıldı
Aktrisa Xuraman Əlizadə həyat yoldaşından ayrıldığını açıqlayıb. Aktrisa bu haqda sosial şəbəkədə canlı yayımda deyib. X.Əlizadə canlı yayımda ona “Ağsunun gəlini” yazan şəxsə belə cavab verib: “Daha deyiləm. Elə söhbətlər yoxdur artıq. Sözü dediniz, cavab verdim. Daha niyə yazırsınız?!” O, kirayədə yaşadığını bildirib: “Evim var, sadəcə burada qalıram. Evi heç […]
Magistraturaya qəbul ELAN EDİLDİ
Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul elan edib. Bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsilə aparılır. Bakalavr bu gündən başlayaraq yanvarın 27-dək Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra (“Şəxsi kabinet”i olmayanlar) ərizə […]