ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə vəd etdiyi təmas istiqamətində ilk addımı atıb. Fevralın 12-də iki lider arasında saat yarımlıq telefon danışığı olub. Tərəflərin diqqət ayırdığı başlıca mövzunun Rusiya-Ukrayna müharibəsi olduğu bildirilib.Bundan başqa onlar İranın nüvə proqramını, Yaxın Şərqdəki vəziyyəti, energetika, süni intellekt, dolların təsiri kimi məsələləri də […]
Bəşər Əsəd Suriyadan necə qaçırılıb? – TƏFƏRRÜATLAR
“Bəşər Əsəd Suriyanı Rusiyadan gələn məmurla görüşdən sonra tərk edib”. APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu Suriyanın keçmiş Prezidenti Bəşər Əsədin oğlu Hafiz Əsəd deyib. O qeyd edib ki, ailəsi Suriyanı tərk etmək fikrində olsaydı, bunu ya 2012-ci, ya da 2013-cü ildə Dəməşq mühasirədə olanda və mütəmadi olaraq bombalanarkən […]
Prezident: Azərbaycan-Türkiyə qardaşlığı Cənubi Qafqaz regionunda sülh və əmin-amanlığın zəmanətidir
Bu gün Azərbaycan-Türkiyə qardaşlığı, dostluğu Cənubi Qafqaz regionunda, eyni zamanda onun hüdudlarından kənarda sabitliyin, təhlükəsizliyin, sülhün və əmin-amanlığın zəmanətidir. Bu fikirləri Prezident İlham Əliyev fevralın 13-də Türkiyənin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Birol Akgünün etimadnaməsini qəbul edərkən deyib. Dövlət başçısı qeyd edib ki, Azərbaycan və Türkiyə daim […]
Azərbaycanın informasiya və rabitə sektorunun gəlirləri ötən il 12 %-ə yaxın artıb
Ötən il Azərbaycanın informasiya və rabitə sektoru üzrə gəlirləri 3,6 milyard manat təşkil edib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib. Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 11,7 % çoxdur.
Prezident: “Qarabağ və Şərqi Zəngəzur bölgələri ölkəmizin ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək”
Qarabağ və Şərqi Zəngəzur bölgələri Azərbaycanın ümumi iqtisadi potensialına mühüm töhfələr verəcək. Bu fikirlər Prezident İlham Əliyevin “Vergi Xidməti – 25: Davamlı inkişaf və effektiv transformasiya” mövzusunda keçirilən Forumun iştirakçılarına müraciətində yer alıb. “Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası işğaldan azad edilmiş ərazilərin iqtisadi inkişafı üçün möhkəm təməl yaradıb. Bu […]
Azərbaycan neftinin qiyməti 78 dollardan aşağı düşüb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,34 ABŞ dolları, yaxud 1,7 % azalaraq 77,64 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 75,85 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]
Yaş salfetlər qadağan olunacaq
Niderland hakimiyyəti yaş salfetləri qadağan etməyi planlaşdırır. Niderland hökuməti tərkibində plastik olan yaş salfetlərə ümumavropa qadağası qoyulmasını təklif edib. Buna səbəb kimi ciddi ekoloji fəsadlar və kanalizasiya sistemlərinin tıxanması göstərilib. Təmizlik və ya uşaq baxımı üçün geniş istifadə edilən bu gigiyena məhsulları suda parçalanmır və tez-tez kanalizasiya sistemlərində tıxanmalara səbəb […]
COP29 nüfuzlu “Cisco” şirkətinin mükafatına layiq görülüb
COP29 Azərbaycan Əməliyyat Şirkəti yüksək texnologiyalar sənayesində dayanıqlı inkişafa dəstək və innovativ həllərin ortaya qoyulmasında töhfələrinə görə “CİSCO” şirkətinin “Dayanıqlı inkişaf lideri” (Sustainability Leader Award) mükafatı ilə təltif olunublar. Qeyd edək ki, bu nüfuzlu mükafata Azərbaycanda ilk dəfə Əməliyyat Şirkəti layiq görülüb. Təltifetmə mərasimi “CISCO” şirkətinin təşkilatçılığı ilə Niderland Krallığının […]
Günün qoroskopu: Gələcək üçün büdcənizi düzgün təşkil edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik Bu gün ulduzların səssiz, lakin güclü ritmi sizin həyatınıza incə, lakin təsirli bir toxunuş gətirəcək. Hər bir bürc üçün fərqli yollar açılır, hər birimizin həyatında öz unikallığı ilə işıq saçacaq enerjilər yaranır. 13 fevral […]
Ağ ev: ABŞ Rusiyanı rəqib və əleyhdar hesab edir
ABŞ Rusiyanı rəqib və bəzən əleyhdar kimi qəbul edir, lakin müxtəlif ikitərəfli əməkdaşlığı istisna etmir. Bunu Ağ evin mətbuat katibi Karolayn Livitt brifinqdə bildirib. Ondan ABŞ-nin hazırkı başçısı Donald Trampın Rusiyaya və onun Prezidenti Vladimir Putinə münasibətini “müttəfiq, tərəfdaş, rəqib, yoxsa əleyhdar” kimi qəbul etdiyini dəqiqləşdirməyi istənilib. “Hesab edirəm ki, […]