Bu gün Novruzun ikinci – Od çərşənbəsidir

Bu gün Novruzun ikinci – Od çərşənbəsidir. Od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə kimi gəlib çıxıb. Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən, şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına inam ifadə olunur. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli […]

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur

Bakıda sıxlıq olan küçə və prospektlər açıqlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən “20 Yanvar” metro stansiyası istiqamətində; 3. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; […]

Bu il üçün Orta Dəhlizlə yük daşımaları planı və icrası razılaşdırılıb

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası (TBNM BA) Hüquqi Şəxslər Birliyinin İşçi qrupu 2025-ci ildə bu nəqliyyat marşrutu ilə yük daşımaları planını və icrası ilə bağlı tədbirləri razılaşdırıb. “Report” “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu barədə razılıq bu gün Bakıda keçirilən TBNM BA-nın Hüquqi Şəxslər Birliyinin İşçi […]

Formula 1-ə ayrılan pulları mənimsəməkdə təqsirləndirilən şəxsə cəza istənilib 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləmiş Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Çingiz Mehdiyevin üç il müəyyən vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətə azadlıqdan məhrum edilməsini […]

ABŞ ilə Aİ-nin toqquşan maraqları – “toyuq, yoxsa yumurta əvvəl olub”a axtarılan cavab – ŞƏRH

Ukraynanın ərazi bütövlüyünün təmin olunmaması səbəbləri zaman keçdikcə aşkarlanır. Bu ölkənin taleyinə yanaşma beynəlxalq güclərin münasibətinin lakmusu rolundadır. Bunların ən vacibi, başlıcası müttəfiqlər – ABŞ ilə Böyük Britaniya və Avropa İttifaqı arasında son 10 ildə artan ziddiyyətdir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqton səfərinin ardınca Londona getməsi müttəfiqlər arasında anlaşılmazlıqların olduğunu […]

Nazir müavini: “Qarabağda xalis sıfır emissiya hədəfinə çatmaq üçün ən son texnologiyalar tətbiq edilir”

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində enerji səmərəliliyi ilə bağlı Yenilənmiş Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr Sənədi (NDC) çərçivəsində üçüncü sənədin hazırlanması davam edir. Bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsində keçirilən ictimai dinləmədə bildirib. Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur 2050-ci ilə […]

Dünya Bankı: Bu il Azərbaycanın cari əməliyyatlar hesabının profisiti 12%-ə yaxın olacaq

Dünya Bankı (DB) Azərbaycanla bağlı bir sıra makroiqtisadi proqnozlarını açıqlayıb. Bank Azərbaycanda tədiyyə balansının cari əməliyyatlar hesabının (CƏH) profisitinin növbəti 5 ildə azalacağını proqnozlaşdırıb. 2025-ci il üzrə CƏH-in profisiti ÜDM-in 11,6%-i həcmində, 2026-cı ildə 5,4%, 2027-ci ildə isə 3,8% proqnozlaşdırılıb. Dünya Bankı hesab edir ki, CƏH-in profisiti 2028-ci ildə 3,6%-ə, […]

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” İdarə Heyətinə sədr əvəzi təyin edilib

“Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinə sədr əvəzi təyin olunub. “Report”un yerli bürosunun məlumatına görə, bununla bağlı Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisinin sədr müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb. Sərəncama əsasən, qurumun müavini Ruslan Aslan oğlu Kəngərliyə “Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi” publik hüquqi şəxsin İdarə […]

Hikmət Hacıyev BMT nümayəndəsi ilə əməkdaşlığın inkişafını müzakirə edib

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BMT-nin İnkişafın Əlaqələndirilməsi Ofisinin Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Qvi-Yop Son ilə görüş keçirib. Bu barədə Qvi-Yop Son “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Mediator ola bilməyən şəxslərin dairəsi genişləndirilir – SİYAHI

“Mediasiya haqqında” qanuna təklif edilən dəyişikliklərdə mediator ola bilməyən şəxslərin siyahısı genişləndirilir. Bununla bağlı layihə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb. Təqdim edilən qanun layihəsində etik və peşəkar standartların qorunması, mediasiyanın keyfiyyətinin və etibarlığının artırılması məqsədilə mediator ola bilməyən şəxslərin dairəsinin genişləndirilməsi təklif edilir. Belə […]