Bu gün Azərbaycanda Novruz bayramıdır

Bu gün – martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir.Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu təntənəli və həm də yeni ilin, yeni günün […]

Azərbaycan Ordusunun mövqeləri Keşişkənd istiqamətindən atəşə tutulub

Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, martın 19-u saat 19:00-dan 19:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.

TƏBİB Novruz bayramında gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (TƏBİB) stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.Bu barədə TƏBİB məlumat yayıb. Bildirilib ki, qeyri-iş günlərində xidməti nəzarətdə saxlamaq üçün məsul şəxslərdən ibarət növbətçilik yaradılacaq, həkim briqadalarının sayı xidməti ştata uyğun təşkil olunacaq: “Novruz bayramı ilə əlaqədar həm […]

Azərbaycanda “2025-2028-ci illər üçün süni intellekt Strategiyası” təsdiqlənib

Prezident İlham Əliyev “2025-2028-ci illər üçün süni intellekt Strategiyası”nı təsdiq edib.  Bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb. Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr […]

Novruz bayramı gününün hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında martın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.  Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.  Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-13° […]

Prezident İlham Əliyev Sahibə Qafarovaya “Şərəf” ordenini təqdim edib – YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona “Şərəf” ordenini təqdim edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. *** Milli Məclisin sədri Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla spiker Azərbaycanın ictimai-siyasi həyatında böyük xidmətlərinə görə mükafata layiq […]

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,52 ABŞ dolları, yaxud 0,71 % azalaraq 72,90 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat yayıb. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin may fyuçerslərinin qiyməti 71,73 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında Azeri Light […]

Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi (MN) məlumat yayıb. “Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub”, – hərbi […]

“20 Yanvar” stansiyasında baş verən terror aktından 31 il keçir

Bakı metropolitenin “20 Yanvar” stansiyasında 1994-cü il martın 19-da erməni terrorçuları tərəfindən törədilən terror aktından 31 il keçir. Qatarın baş vaqonuna qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Həlak olanların arasında Azərbaycan xalq artisti Rafiq Babayev də […]