“Euronews” Qlobal Bakı Forumuna həsr olunmuş xüsusi reportaj hazırlayıb

“Euronews” telekanalında “Focus” verilişinin növbəti buraxılışı efirə çıxıb. Reportaj martın 13-15-də Bakıda keçirilən XII Qlobal Bakı Forumuna həsr olunub. Forum haqqında reportaj telekanalın rəsmi saytında dərc edilib. “XII Qlobal Bakı Forumu “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” şüarı altında vacib qlobal problemlərin müzakirəsi üçün yüksək vəzifəli şəxsləri və siyasətçiləri […]

Aleksandr Lukaşenko Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Mətndə deyilir: “Hörmətli İlham Heydər oğlu. Təbiətin oyanışının və həyatın yeni mərhələsinin başlanğıcının, daha yaxşı gələcəyə inamın rəmzi olan gözəl Novruz bayramı münasibətilə Sizi ürəkdən təbrik edirəm. Əminəm ki, Belarus ilə Azərbaycan arasında mövcud olan xoşniyyətli münasibətlər dövlətlərimizin xalqlarının […]

“Brent” neftin qiyməti 73 dolları ötüb

Dünya bazarlarında neftin qiyməti 73 dolları ötüb.ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2025-ci ilin may müqaviləsinin dəyəri 0,14% və ya 0,10 dollar artaraq 1 barelə görə 73,10 ABŞ dolları təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin may ayında ixrac etməklə WTI markalı neftin […]

Moskva məhkəməsi AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı QƏRAR VERDİ

Moskvanın Basmannı məhkəməsi istintaqa 2024-cü ilin dekabrında AZAL-ın “Embraer 190” təyyarəsinin qəzaya uğramasına dair işlə bağlı Rusiyanın cənubunda iki ünvan üzrə sənədlərin götürülməsinə icazə verib.Bu barədə “RIA Novosti” məhkəmə materiallarına istinadən məlumat yayıb. Qeyd olunub ki, bunu müstəntiq 2025-ci ilin yanvarında istəyib, prokuror isə onu dəstəkləyib. İnstansiya iş materiallarını yoxlayaraq, […]

Millimizin oyunlarının təqvimi açıqlandı

Azərbaycan milli komandasının DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi oyunların təqvimi müəyyənləşib.Yığmamız ilk oyunu səfərdə İslandiyaya qarşı keçirəcək. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv son turda evdə Fransa ilə qarşılaşacaq.5 sentyabr22:45. İslandiya – Azərbaycan22:45. Ukrayna – Fransa9 sentyabr20:00. Azərbaycan – Ukrayna22:45. Fransa – İslandiya10 oktyabr22:45. Fransa – Azərbaycan22:45. İslandiya – Ukrayna13 oktyabr22:45. İslandiya […]

Aksiyalarda mindən çok etirazçı saxlanılıb

Türkiyədə 19-23 mart tarixlərində İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həbsinə etiraz məqsədilə keçirilən aksiyalarda 1133 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat verib. Nazir bildirib ki, saxlanılanlar arasında 12 müxtəlif terror təşkilatına bağlı şəxslər müəyyən edilib. “Buradan açıq şəkildə xəbərdarlıq edirik: heç kim gənclərimizdən və […]

Bayram namazının vaxtı açıqlandı

Ramazan bayramının namazı martın 30-u bəzi məscidlərdə saat 8.00-da, əksərlərində isə 9.00-da başlayacaq.Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. “Namazın vaxtının təyinatı məscid imamlarının ixtiyarındadır. Məscidin icma rəhbəri və imamı məsləhətləşərək uğun vaxt təyin edirlər. Məscid camaatı 1 gün öncədən imamdan və ya icma rəhbərindən məlumatı […]

Girov saxlanılan gəmiçilərimiz Vətənə gətirildi

Xarici İşlər Nazirliyi (XİN) Eritreyada saxlanılan gəmilərin heyətinin ölkəmizə geri gətirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: “Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları […]

Türkiyədəki azərbaycanlı tələbələrə XƏBƏRDARLIQ

İstanbul Böyükşəhər Bələdiyyəsinin başqanı Əkrəm İmamoğlunun həbsinə görə CHP-nin keçirdiyi kütləvi aksiyalarla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin Təhsil Müşavirliyi müraciət yayıb. Müraciət Təhsil Müşavirliyinin rəsmi səhifəsində paylaşılıb. “Hörmətli tələbələr! Təhsil aldığınız universitet və şəhərdə baş tutan aksiyalara qarışmamağınız, bu tip hadisələrin olduğu məkanlardan uzaq durmağınız xahiş olunur!” – müraciətdə bildirilib. Qeyd […]

Sabah hava yağmursuz keçəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Qeyd edilib ki, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi […]