Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində torpaq sürüşməsi baş verib.Torpaq sürüşməsi nəticəsində yolun bir zolağında çökmə, çatlar yaranıb. Yolda avtomobillərin hərəkətində məhdudiyyətlər var.(APA)
Şabranda çaydan iki meyit tapılıb
Şabranda çaydan iki meyit tapılıb.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, ötən gün Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində batan 2 nəfərin meyitinin çayın sahilindən götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. […]
Nazirlər Kabinetinin iki qərarı ləğv edilib
Nazirlər Kabinetinin iki qərarı ləğv edilib.Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya mərkəzlərinin yaradılması haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2008-ci il 13 iyun tarixli 138 nömrəli Qərarı ləğv edilib. Həmçinin, “Azərbaycan Respublikası Əmək və Əhalinin […]
NYT: ABŞ İsrailin mayda İrana zərbə endirmək planını dəstəkləməyib
İsrail 2025-ci ilin mayında İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırırsa da, ABŞ Prezidenti Donald Tramp belə bir addımı dəstəkləmədiyi üçün bundan imtina edib. Bu barədə “The New York Times” qəzeti mənbələrə istinadən məlumat yayıb. Onların məlumatına görə, İsrail ABŞ-nin hücumun hazırlanmasında fəal iştirak edəcəyinə və yəhudi dövlətini İranın mümkün cavab […]
Sabunçu tunelində vəziyyət nə yerdədir? – Video
Hazırda Bakı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərləri və Xaçmaz, Şabran, Qusar, Xızı, Siyəzən, Samux rayonları üzrə müxtəlif istiqamətlərdə su basmış ərazilərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi fasiləsiz olaraq davam etdirilir. Bu haqda FHN məlumat yayıb. Həmçinin, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən […]
Gürcüstan Prezidenti Milli Məclisdə olub
Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Bu barədə Milli Məclisdən məlumat verilib. Bildirilib ki, əvvəlcə Gürcüstan Prezidenti Milli Məclisin plenar iclas zalında olub. Sonra qonaq Heydər Əliyev xatirə zalındakı eksponatlarla tanış olaraq, buradakı Xatirə kitabına ürək sözlərini yazıb. Daha sonra tərəflər […]
Azərbaycan Prezidenti ictimai-siyasi xadim Riçard Armitacın vəfatı ilə bağlı başsağlığı verib
Azərbaycan Prezidenti İlham Əliyev ictimai-siyasi xadim Riçard Armitacın vəfatı ilə bağlı onun ailəsinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Görkəmli dövlət xadimi, diplomat və ictimai-siyasi xadim, Azərbaycanın böyük dostu Riçard Armitacın vəfatı xəbəri bizi olduqca kədərləndirdi. Riçard Armitac uzun illərdən bəri beynəlxalq siyasət və diplomatiya sahəsində davamlı və səmərəli fəaliyyəti, zəngin […]
Danimarka hərbçilərini Ukraynaya göndərəcək
Danimarka müxtəlif qoşun növlərindən olan hərbçilərini Ukraynaya göndərməyi planlaşdırır. Bu barədə Danimarka Quru Qoşunlarının komandanı general-mayor Peter Boysen “TV 2”yə müsahibəsində bildirib. Onun sözlərinə görə, Ukraynaya Danimarka hərbçilərindən ibarət bir neçə komandanın göndərilməsi planlaşdırılır: “Lakin bu, sülhməramlı əməliyyat olmayacaq. Onlar təlim üçün gedəcəklər”.
Serj Sarkisyan revanşistləri qızışdırır – ŞƏRH
Ermənistanın baş naziri Nikol Paşinyanla sabiq prezidentlər arasında qarşıdurma yeni fazaya qədəm qoyub. Bir müddət əvvəl Gümrüdə keçirilən seçkilərdə ikinci prezident Robert Köçəryanın diktəsi və planı ilə məğlubiyyətə uğradılan “Mülki müqavilə”yə yeni “zərbə” Respublikaçılar Partiyasından, yəni Serj Sarkisyan cəbhəsindən gəldi. Bu gün erməni müxalifəti Robert Köçəryanın gizli şəkildə dəstəklədiyi Vardan […]
Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
Elm və təhsil naziri Emin Əmrullayevin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Elm və Təhsil Naziriyi məlumat yayıb. Bildirilib ki, nazirin aprelin 18-də Sabirabad şəhərində keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulu aprelin 21-də keçiriləcək. Qəbulda Beyləqan, İmişli, Saatlı, Sabirabad və Xocavənd sakinlərinin iştirakı nəzərdə tutulub. Vurğulanıb ki, qəbulda yalnız müvafiq […]