Zəhərlənmə bu şadlıq evində olub – Say 32 nəfərə çatıb

Xəbər verdiyimiz kimi, Bakıda yerləşən şadlıq saraylarının birində kütləvi zəhərlənmə olub.  Hadisə Xətai rayonunda yerləşən “Venesiya” şadlıq evində qeydə alınıb.  Zəhərlənənlərin vəziyyəti ilə bağlı Kliniki Tibbi Mərkəzin (KTM) Mətbuat Xidmətinin rəhbəri Ruzbeh Məmməd “Qafqazinfo”ya açıqlama verib: “19 aprel 2025-ci il 32 nəfər (23 qadın cinsli, 9 kişi cinsli) dəqiqləşdirilməmiş bakteriyal […]

Mövqelərimiz yenidən atəşə tutuldu

Aprelin 18-i saat 22:35 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

Fransanın düşmən ölkə axtarışı – həbsxana qiyamlarına görə Əlcəzair və Rusiya ittiham edilir – ŞƏRH

Prezident Emmanuel Makron və komandasının yanlış idarəçiliyi və yersiz qərarlarının nəticəsində Fransa daxilində siyasi böhran pik həddə yüksəlib. Başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum […]

Prezident pravoslav xristian icmasını təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına məktub göndərib. Məktubda deyilir: “Hörmətli həmvətənlər! Sizi və Azərbaycanın bütün xristian icmasını müqəddəs Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzularımı yetirirəm. Zəngin tolerantlıq ənənələrinə malik Azərbaycanda tarixin heç bir dönəmində din və məzhəb zəminində ayrı-seçkilik halları olmamış, etnomədəni […]

Bu küçələrdə hərəkət məhdudlaşdırılır

Yeni yol tikintisi ilə əlaqədar Bakıda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. Bildirilib ki, Akademik Həsən Əliyev küçəsi – “Koroğlu” metro stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində 20 aprel saat 00:00-dan etibarən Nərimanov rayonu, Əliyar Əliyev (Keşlə bazarının qarşısı), İslam Abışov, […]

Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər dəyişib

Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblərdə dəyişiklik edilib. “Report”un əldə etdiyi məlumata görə, Səhiyyə Nazirliyinin kollegiyası qərar qəbul edib. Dərman vasitəsi öz təyinatına, dövlət qeydiyyat sənədlərinin və ya klinik sınaqların protokollarına uyğun, keyfiyyətli, effektiv və təhlükəsiz istehsal edilməlidir. Tələblərin yerinə yetirilməsi üçün şəraitin yaradılması və nəzarətin həyata keçirilməsi istehsalçının vəzifəsidir. Bu […]

Kamran Əliyev: Maddi-texniki bazanın gücləndirilməsi göstərilən hüquqi xidmətlərin səviyyəsini yüksəldir

Prokurorluq orqanlarında maddi-texniki bazanın gücləndirilməsi və əməkdaşlar üçün hərtərəfli şəraitin yaradılması dövlətin hüquq-mühafizə sisteminə verdiyi önəmin təzahürüdür. Bunu Baş prokuror Kamran Əliyev aprelin 18-də Pirallahı rayon prokurorluğunun yeni inzibati binasının açılış mərasimində deyib. O bildirib ki, məhz bu yüksək diqqət və qayğı nəticəsində vətəndaşlara göstərilən hüquqi xidmətlərin səviyyəsi yüksəlir, ictimai […]

İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək

İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Azərbaycana səfər edəcək. Bu barədə “Azad İran” İranın Ticarət-Sənaye Palatasının sədr müavini Hüseyn Pirmoazzinə istinadən xəbər verir. Onun sözlərinə görə, İran Prezidentinin səfərindən əvvəl Bakıya Ərdəbil vilayəti və ölkənin şimal-qərb vilayətlərindən 110 özəl sektor nümayəndəsi və sahibkardan ibarət qrup yola düşəcək.