Qüdsdə Müqəddəs Od Müqəddəs Məqbərə Kilsəsində enib. Ənənəvi olaraq Müqəddəs Odun enməsi Yulian təqvimi ilə İsa Məsihin dirilməsi bayramı ərəfəsində baş verir. Müqəddəs Odun enməsi Kuvukliyada baş verir. Bu, Məsihin Dirilməsi Kilsəsinin mərkəzində Müqəddəs Məqbərə mağarasını gizlədən bir ibadətgahdır. Orada xristian inancına görə İsa Məsihin dəfn yerinin yerləşdiyi bir lövhə […]
Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində – Foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun yas mərasimində iştirak edib. Mərasim Alanyada baş tutub. Ceyhun Bayramov sabiq həmkarına başsağlığı verib. Qeyd edək ki, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu iki gün öncə 93 yaşında vəfat […]
Ceyhun Bayramov Çavuşoğlunun atasının yas mərasimində – Foto
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlunun yas mərasimində iştirak edib. Mərasim Alanyada baş tutub. Ceyhun Bayramov sabiq həmkarına başsağlığı verib. Qeyd edək ki, AKP-nin Antalyadan olan millət vəkili Mövlud Çavuşoğlunun atası Osman Çavuşoğlu iki gün öncə 93 yaşında vəfat […]
Bu küçədə hərəkət məhdudlaşdırılacaq
Xətai rayonu, Süleyman Vəzirov küçəsinin bir hissəsində (Bakı Avropa Liseyinin qarşısından Babək prospektinə qədər) bu gecədən etibarən hərəkət məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Hərəkətin məhdudlaşdırılması təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bu qurumun işçilərinin sayı artırıldı
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin ştat vahidi 146-dan 164-dək artırılır. Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanında dəyişiklik edilməsi ilə bağlı yeni fərmanda əksini tapıb. O cümlədən, Dövlət Xidməti […]
Övladlığagötürmə ilə bağlı yenilik
“Elektron məhkəmə” informasiya sistemi “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə inteqrasiya ediləcək. Bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə valideyn-namizədlərin vahid uçotunu apararkən Məhkəmə-Hüquq Şurası üzrə “Elektron məhkəmə” informasiya sistemindən də […]
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu elektronlaşdırılır
Azərbaycanda büdcə təşkilatlarında mühasibat uçotu yalnız elektron formada aparılacaq. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanuna edilən dəyişikliklərdə əksini tapıb. Yeni dəyişikliklərə əsasən, mühasibat uçotu subyektləri uçotu elektron şəkildə aparmalı və maliyyə hesabatlarını aidiyyəti quruma “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq təqdim etməlidirlər. Qanun həmçinin […]
Putindən Əsəd açıqlaması – Suriyaya verilir?
Rusiya prezidenti Vladimir Putindən Bəşər Əsədin Suriyaya ekstradisiyası ilə bağlı məsələyə aydınlıq gətirib. Suriyanın yeni hakimiyyəti Moskvadan Bəşər Əsədin Dəməşqə təhvil verilməsini tələb edib.Xarici medianın yazdığına görə, Dəməşqin Bəşər Əsədin ekstradisiyası tələbini Rusiya prezidenti Putin rədd edib.
İran XİN başçısı ABŞ ilə nüvə sazişi üzrə danışıqlar aparmaq üçün Romada səfərdədir
İranın xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyəti ABŞ ilə nüvə sazişi üzrə danışıqların ikinci raundunda iştirak etmək üçün Romada səfərdədir. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, aprelin 19-da Əraqçi və ABŞ Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff Oman nümayəndələrinin vasitəçiliyi ilə dolayı danışıqlar […]
Ağdaşda 2 yaşlı uşaq qıcolmadan ölüb
Ağdaşda 2 yaşlı uşaq qıcolmadan ölüb. Hadisə rayonun Şıxlı kəndində qeydə alınıb. Belə ki, 2023-cü il təvəllüdlü Asif Alışov yaşadığı evdə yüksək temperatur və qıcolmadan ölüb. Faktla bağlı araşdırma aparılır.