Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.38 ABŞ dolları və ya 0.56% artaraq 68,01 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,63 ABŞ dolları təşkil edib.[u][/u]
Dünya fond bazarlarının əsas indeks göstəriciləri
Aprelin 24-də Amerika fond bazarlarında Dow Jones indeksi 1.23% – 40,093.40 bəndədək, S&P 500 indeksi 2.03% – 5,484.77 bəndədək, Nasdaq indeksi isə 2.74% – 17,166.04 bəndədək artıb. Avropa fond bazarlarında aprelin 24-də FTSE 100 indeksi 0.05% – 8,407.44 bəndədək, Fransanın CAC-40 indeksi 0.27% – 7,502.78 bəndədək, Almaniyanın DAX indeksi isə […]
“Turan Tovuz” “Şamaxı”ya qarşı
Bu gün Azərbaycan Premyer Liqasında 32-ci tura start veriləcək. Açılış oyununda “Turan Tovuz” “Şamaxı”nı qəbul edəcək. Görüş saat 19:00-da başlayacaq. Qeyd edək ki, 31 turdan sonra “Turan Tovuz” 48 xalla 4-cü, “Şamaxı” 34 xalla 7-ci pillədə qərarlaşıb. Azərbaycan Premyer Liqası 25 aprel 19:00. “Turan Tovuz” – “Şamaxı” Hakimlər: Kamal Umudlu, […]
Bakının bir çox yollarında tıxac müşahidə edilir – SİYAHI
Bakının bir çox yollarında tıxac müşahidə edilir. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində; 3. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində; 4. Koroğlu Rəhimov küçəsi, Ak. Həsən Əliyev küçəsi ilə […]
Bild: Kiyev ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşır
Ukrayna ən pis ssenariyə, xüsusilə də Birləşmiş Ştatların dəstəyinin dayandırılmasına hazırlaşır. Bu barədə “Bild” qəzetinin baş redaktorunun müavini Paul Rontshaymerin məqaləsində deyilir. “Biz ən pis ssenariyə, yəni ABŞ-nin dəstəyinin dayandırılmasına hazırlaşırıq”, – Ukrayna hökumətindəki mənbə söyləyib. Eyni zamanda, mənbə ABŞ Prezidenti Donald Trampın sülh planından məyusluğunu ifadə edib. O qeyd […]
Prezident İlham Əliyevin Çinə dövlət səfəri başa çatıb
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri aprelin 24-də başa çatıb. Yenixeber.org xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər yola saldılar.
Avropa Voleybol Konfederasiyasının prezidenti Fəxri xiyabanı ziyarət edib
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər. AVF nümayəndələri və qonaq Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub. […]
Saxta soyqırımı iddiası – çin olmadan qapanan daha bir yuxu kitabı – ŞƏRH
Tarixi faktları təhrif etmək mümkün deyil. Gec-tez həqiqət aşkarlanır. Necə deyərlər: “Yalan ayaq açar, ancaq yeriməz”. Bir də oğurluğun və ona oxşar əxlaqsız əməllərin 40 gün aşkarlandığını söyləyiblər. Ermənilərin yüz ildən çoxdur özləri üçün uydurduqları türk düşmənliyi düşüncə sistemi artıq fiaskoya uğrayır. Azərbaycan torpaqlarının Ermənistan işğalçılarından və havadarlarından azad edilməsi […]
Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Şuşanın işğal olunmasına qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq edilib. Dövlət ittihamçılarının tədqiq etdikləri sənədlərə əsasən, işğala qədər Şuşa şəhəri və ətraf kəndlər Ermənistan silahlı qüvvələri tərəfindən müxtəlif silahlarla, o cümlədən raketlərlə və toplarla dəfələrlə atəşə tutulub. Həmin hadisələr zamanı […]
İsmayıllıda zəlzələ olub
Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla saat 14:12-də baş verib. Zəlzələnin dərinliyi 5 km olub.