ABŞ-li fəal mühafizəkar Çarli Kirkin qətlində şübhəli bilinən Tayler Ceyms Robinson videobağlantı vasitəsilə ilk dəfə məhkəmə qarşısına çıxarılıb. Bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb. “Hakim ona qarşı irəli sürülən ittihamları oxuyanda 22 yaşlı gənc fikri dağınıq və laqeyd görünürdü”, – qəzet qeyd edib. Bildirilir ki, təqsirləndirilən şəxsin intihara […]
Zelenski: Heç bir şərt olmadan Tramp və Putinlə görüşə hazıram
Ukrayna lideri Volodimir Zelenski bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə görüşmək üçün Moskvaya gedə bilməz, çünki bu, Ukraynaya hücum edən ölkənin paytaxtıdır. Dövlət başçısı bu barədə “Sky News”a müsahibəsində deyib. Eyni zamanda o, heç bir ilkin şərt olmadan Amerika lideri Donald Tramp və Putinlə görüşməyə hazır olduğunu vurğulayıb. Bundan əlavə, […]
“Qarabağ”dan Avropada TARİXİ QƏLƏBƏ
“Qarabağ” UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunun oyununda səfərdə “Benfika” (Portuqaliya) ilə qarşılaşıb. “Eştadiu da Luş” stadionunda reallaşan matç “köhlən atlar”ın 3:2 hesablı tarixi qələbəsi ilə yekunlaşıb. Hərçənd ki, qarşılaşmada ilk iki qolu meydan sahibləri vurublar. 6-cı dəqiqədə Entso Barrenеçеа, 10 dəqiqə sonra isə Vanqelis Pavlidis diqqət mərkəzinə düşüb. […]
ABŞ İranla əlaqəli şirkətlərə sanksiyalar tətbiq edib
ABŞ İranla əlaqəli yeni sanksiyalar elan edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. Belə ki, 4 İran vətəndaşı və 10 şirkətə sanksiyalar tətbiq olunub. Sözügedən şirkətlər BƏƏ, Çin və Honkonqda yerləşir.
Sabah Pirallahı qəsəbəsində qaz kəsiləcək
Pirallahı qəsəbəsinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə “Azəriqaz” İB məlumat yayıb. Bildirilib ki, qəsəbənin S. Bağırov küçəsində qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar sentyabrın 17-si saat 10:00-dan etibarən işlər başa çatanadək qaz təchizatı dayandırılacaq. Bu müddətdə Pirallahı qəsəbəsi, Fioletov, S.Vurğun, S.Bağırov küçələrinin və 40-cı məhəllə […]
BƏƏ Prezidenti: Azərbaycanla Ermənistan arasında sülh istiqamətində nailiyyətlərin davamını gözləyirik
Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin imzalanması istiqamətində əldə edilmiş nailiyyətlərin və müsbət inkişafın davam etməsini səbirsizliklə gözləyirik. Bunu sentyabrın 16-da Şuşada Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan deyib. “Birləşmiş Ərəb Əmirlikləri Qafqaz regionunda sülh və əmin-amanlığın bərqərar olmasına çox […]
Həqiqəti qəbul edən Ermənistan – xilaskar, yoxsa satqın Paşinyan? – ŞƏRH
Ermənistan yalan və uydurmalardan əl çəkənə oxşayır. Parlamentdəki hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan bildirib ki, ölkənin sərhəd möhürü dövlətin rəmzlərini əks etdirməli, emosional, sentimental simvolları ifadə etməməlidir. O bunu parlamentdə hakimiyyətin nəzarət-buraxılış məntəqələrindəki möhürlərdən Ağrıdağın (ermənilər Ararat dağı deyirlər-müəl.) simvolik təsvirini silmək qərarını şərh edərkən bildirib. Ermənistan hakimiyyəti […]
Azərbaycan və BƏƏ prezidentləri Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan sentyabrın 16-da Yeni Şuşa məscidində tikinti işlərinin gedişi ilə tanış olublar. Prezidentin köməkçisi Anar Ələkbərov dövlət başçısına və Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə həyata keçirilən işlər barədə məlumat verdi. Qeyd edək ki, təməli 2021-ci […]
Azərbaycan və BƏƏ prezidentlərinin geniş tərkibdə görüşü olub, sənədlər mübadilə edilib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 16-da Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə geniş tərkibdə görüşü olub. Sonra Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə […]
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Şuşada Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın sentyabrın 16-da rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan fəxri qarovul […]