Baş prokurorun müavini – hərbi prokuror Bəhruz Vidadi oğlu Əhmədova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Xatırladaq ki, B.Əhmədov bu ilin may ayında Prezident tərəfindən baş prokurorun müavini – hərbi prokuror təyin edilib.
Prezident ona “general-mayor” ali hərbi rütbəsi verdi
Polkovnik Anar Müslüm oğlu İsmayılova “general-mayor” ali hərbi rütbəsi verilib.Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, A.İsmayılov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində baş idarə rəisidir.
Paşinyan Ermənistan və Azərbaycan arasındakı sülhü tarixi hadisə adlandırıb
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün təmin edilməsini tarixi hadisə adlandırıb və bunun Azərbaycan və Ermənistan hökuməti və xalqları üçün bir nailiyyət olduğunu qeyd edib. O, bunu Strasburqda AŞPA-nın iclasındakı çıxışında bildirib. “ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olunmasını təsdiqləyən bəyannamə qəbul edilib. ABŞ […]
Allahşükür Paşazadə ABŞ-yə səfərə yola düşür
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarına səfərə yola düşür. Bu barədə Qafqaz Müsəlmanları İdarəsin-dən məlumat verilib. Qeyd edilib ki, İsa Məsih sonuncu gün müqəddəsləri kilsəsinin icması və Stirlinq Fondunun dəvəti ilə Yuta ştatına səfər proqramına uyğun olaraq A. Paşazadə ştat rəhbərliyi ilə görüşlər keçirəcək, bir […]
Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi – Foto
Xəbər verdiyimiz kimi, Şəhriyar adına Mədəniyyət Mərkəzində Əməkdar artist Cabir İmanovla vida mərasimi keçirilir. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva vida mərasiminə əklil göndəriblər. Qeyd edək ki, ötən gün 49 yaşında vəfat edən C.İmanov Yasamaldakı “Qurd qapısı” qəbiristanlığında dəfn ediləcək.
Oktyabrın ilk günü hava yağıntılı və küləkli olacaq
Bakıda və Abşeron yarımadasında oktyabrın 1-də bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Yağıntılar axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi axşama doğru mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-17° isti, gündüz […]
Parlamentdə Anım Günü ilə bağlı BƏYANAT
Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. Məsələ parlamentin 2025-ci il payız sessiyasının bu gün keçirilən ilk plenar iclasında müzakirəyə çıxarılıb. Bəyanat səsvermədə yekdilliklə qəbul edilib.
Deputatlar toplaşdılar – Gündəlikdə 12 məsələ var
Milli Məclisin payız sessiyasının ilk iclası keçirilir. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Həmin məsələlər aşağıdakılardır: 1. Azərbaycan xalqının Vətən müharibəsinin başlanmasının 5-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı. 2. Azərbaycan Respublikası Milli Məclisinin 2025-ci il payız sessiyasının qanunvericilik işləri planı haqqında. 3. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə […]
Azərbaycan neftinin qiyməti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 3.11 ABŞ dolları və ya 4.22% azalaraq 70.65 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 73.76 ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin […]
İsrailin İrana növbəti dəfə hücum edə bilər
İsrail regionda silahlanma yarışını əsas gətirərək İrana qarşı növbəti dəfə hücuma keçə bilər. Bunu İsrailin “Maariv” qəzetinə müsahibəsində ordunun adı açıqlanmayan məmur yüksək rütbəli şəxsi deyib. “Yaxın Şərqdəki hadisələri və İrandakı fəaliyyəti diqqətlə izləyirik. İsrail və İran davamlı silahlanma yarışı və öyrənmə yarışı ilə məşğuldur. Biz bir sıra ssenarilərə hazırlaşırıq […]