Oktyabrın 11-i saat 08:00-dan oktyabrın 12-si saat 24:00-dək Bakı şəhəri, Yasamal rayonu, Xarici Dairəvi avtomobil yolunun yan yolunda (Məhəmməd Xiyabani küçəsindən Moskva prospektinədək olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkəti avtomobil yolunun sözügedən hissəsində məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib. Sürücülərdən aparılan işlərə […]
Düşənbədə Azərbaycan və Tacikistan prezidentlərinin təkbətək görüşü olub
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 10-da Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Bakının bu ərazisində qaz KƏSİLƏCƏK
Bu gün Bakının Suraxanı rayonunun Hövsan südçülük sovxozunun qaz təchizatında fasilə yaranacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, qaz xəttinin dayaqlar üzərinə qaldırılması ilə əlaqədar oktyabrın 10-da saat 10:00-dan işlər tamamlananadək Hövsan südçülük sovxozunu qazla təmin edən kəmərdə qaz təchizatı dayandırılacaq.
Tovuzda yol qəzası olub, 4 nəfər xəsarət alıb
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, yol qəzası zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Xəsarət alanlar 25 yaşlı E.Abbasov, 30 yaşlı E.Huseynov, 25 yaşlı N.Huseynov və 20 yaşlı T.Orucovdur. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma […]
Bakıda 12 istiqamətdə nəqliyyatın sıxlığı müşahidə edilir
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. “3-cü mikrorayon” dairəsində; 3. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından Əhməd Rəcəbli küçəsi ilə kəsişməyə qədər; 4. 1-ci Göl kənarı […]
Xorvatiya parlamentinin sədri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviçin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib. Qonaqlar Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb. Sonra nümayəndə heyəti Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının […]
Türkiyədə bir qrup tanınmış sənətçi saxlanılıb
Türkiyədə bir qrup tanınmış sənətçi narkotik maddələrin təşviqi səbəbindən saxlanılıb. Bu barədə ölkə mediası məlumat yayıb. Bildirilib ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində İrem Derici, Simge Sağın, eləcə də Engin Polat və Dilan Polat cütlüyü saxlanılıb. Onların saxlanılma səbəbinin narkotik vasitələrin istifadəsinə təşviq etmək olduğu vurğulanıb. Məlumatlarda ümumilikdə 19 […]
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,25 ABŞ dolları və ya 0,36% azalaraq 69,87 ABŞ dolları təşkil edib. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,12ABŞ dolları idi. Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 […]
Hacıqabulda yol qəzası olub, xəsarət alanlar var
Hacıqabulda yol-nəqliyyat qəzası olub, xəsarət alanlar var. Hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb. Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
KİV: Tayvan ABŞ-dən MH-60R helikopterinin alınması ilə bağlı danışıqları davam etdirəcək
ABŞ və Tayvanın Müdafiə Nazirliyinin “MH-60R Seahawk” sualtı qayıq əleyhinə helikopterlərinin alması ilə bağlı üç il əvvəl dayandırılmış danışıqları bərpa edəcəyi gözlənilir. Bu barədə “Taipei Times” qəzeti adı açıqlanmayan hökumət rəsmisinə istinadən yazıb. ABŞ Taybeyin bu helikopterləri alması ilə bağlı danışıqları bərpa etməyə hazır olduğunu bildirib. Adanın hərbçiləri helikopterlərdən 13 […]