Zəngilan rayonunun Ağalı kəndindəki “Ağıllı kənd” yaşayış massivində “Su ehtiyatlarının davamlı idarə edilməsində tərəfdaşlığın və fəaliyyətin təşviq edilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib. “Report”un xəbərinə görə, tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və Qarabağ Dirçəliş Fondunun dəstəyi ilə baş tutub. Azərbaycanda akkreditə olmuş diplomatik […]
Kürdəxanıda faciə ilə bitən yanğının TƏFƏRRÜATI: “Körpələr çarpayıdan düşərək iməkləyiblər” – VİDEO
Bu gün Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində güclü yanğın hadisəsi nəticəsində bir ailənin yeddi üzvü xəsarət alıb. Baku TV yanğının baş verdiyi evdə olub. Şahidlərin sözlərinə görə, körpələr yanğın zamanı çarpayıdan düşərək iməkləyiblər. Tavandan düşən parçalardan aldığı xəsarət isə körpələrdən birinin ölümünə səbəb olub. Ətraflı süjeti təqdim edirik:
Prezident: “Zəngəzur dəhlizi artıq reallığa çevrilir”
“Zəngəzur dəhlizi artıq reallığa çevrilir”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. “Azərbaycan Vətən müharibəsində Qələbədən və Ermənistanla münaqişənin həllindən sonra Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı […]
Dövlət başçısı: “Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”
“Xəzəryanı dövlətlərin əməkdaşlığının müqavilə-hüquqi bazası möhkəmlənir”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyunun 29-da Aşqabadda keçirilən Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: “Təhlükəsizlik, hidrometeorologiya, nəqliyyat, suyun bioloji ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadəsi, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahələrində, habelə […]
Azərbaycanda daha üç idman federasiyası ləğv olunub – FOTO
Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bunlar “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb. Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo […]
“Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək ” İctimai Birliyi ” Qəhrəmanlarla görüş ” adlı tədbir keçirib- FOTOLAR
Bu barədə DOGRUSOZTV.AZ a “Qayğıya ehtiyacı və Əlilliyi olan Şəxslərə Dəstək” İctimai Birliyindən məlumat verilib. Öncə Ümummilli lider Heydər Əliyevin möhtəşəm büstü, daha sonra şəhidlər xiyabanında dəfn edilmiş şəhidlər ziyarət olunub.Tədbirdə Vətən müharibəsinin qaziləri, Türkiyəli İpekyolu Kamu diplomatasisi Təşkilatı Başqanı Dr. Seyfulla Türksoy, şəhid ataları, KİV rəhbərləri, Qayğıya ehtiyacı və Əlilliyi olan […]
Azərbaycanlı məşhurun avtomobil nömrəsinin qiyməti dodaq uçuqlatdı
Bahalı geyim və aksesuarları ilə seçilən vokal ifaçısı Lətifə Soyuöz bu dəfə avtomobil nömrəsinin qiyməti ilə dillərə düşüb. Bu barədə L.Soyuöz Xəzər TV-də yayımlanan “Şourum” verilişində danışıb. Belə ki, meyxanaçı Aqşin Fateh verilişə müsahibəsi zamanı ona 70 000 manatlıq avtomobil nömrəsi hədiyyə olunduğunu vurğulayıb. Aqşinin müsahibəsinin ardından isə verilişdə qonaq […]
Qarabağa müəyyən olunmuş marşrutlar üzrə bilet satışı portalının işi bərpa edilib – RƏSMİ
Bu gün işğaldan azad edilmiş ərazilərə müəyyən olunmuş marşrutlar üzrə www.yolumuzqarabaga.az portalında biletlər satışa çıxarıldıqdan bir müddət sonra bir neçə qurum arasında məlumat mübadiləsi zamanı texniki problem yaranıb. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti portalda yaranan problemlə bağlı açıqlamasında deyib. “Qısa zaman ərzində texniki problem aradan […]
Cəlilabad İcra Hakimiyyətinin əməkdaşı yeni vəzifəyə təyin olunub
Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Loğman Hüseynov yeni vəzifəyə təyin olunub. “Report” xəbər verir ki, bununla bağlı rayon icra hakimiyyətinin başçısı sərəncam imzalayıb. Müvafiq sərəncamla o, rayonun Uzuntəpə kəndinə icra nümayəndəsi təyin edilib. Qeyd edək ki, Uzuntəpə rayonun ən böyük kəndlərindən biridir.
Kür çayında daşqın olacağı ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
“Son günlərdə ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Xüsusən də, bu proseslər respublikanın şimal və qərb rayonlarında müşahidə olunur”. Bu sözləri Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, bu gün axşam saatlarında Gədəbəy rayonu ərazisində iridənəli dolu müşahidə olunub: “Eyni zamanda həmin proseslər qonşu ölkələrdə də […]