Martın 15-i saat saat 00:10-dan 02:30-dək Ordumuzun mövqeləri atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Qaraiman istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yuxarı Ayrım və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa […]
Prezidentdən Anarla bağlı – Sərəncam
Prezidenti İlham Əliyev Xalq yazıçısı Anarla bağlı Sərəncam imzalayıb. Dogrusoztv.az xəbər verir ki, Sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Anar Rəsul oğlu Rzayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Qeyd edək ki, ötən gün Anarın 85 yaşı tamam olub.
Azərbaycan Mətbuat Şurası – 20 il
Bu gün Azərbaycan Mətbuat Şurasının fəaliyyətə başlamasının 20 ili tamam olur. 15 mart 2003-cü il tarixdə ölkə jurnalistlərinin I qurultayında yaranmış Şuranın başlıca missiyası media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsindən ibarətdir. Mətbuat Şurası fəaliyyətinin ilk günlərindən ictimaiyyətin müxtəlif təbəqələrinin media ilə bağlı narazılıqlarını öyrənməyə, prosedur iş istiqamətlərinə uyğun olaraq şikayətləri araşdırmağa, müvafiq […]
Ali məktəblərə sənəd qəbulunda REKORD – 102 min
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu başa çatır. 15 mart saat 09:00-a olan məlumata əsasən, 102206 abituriyent öz ərizəsini təsdiq edib. Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu 2023-cü […]
İranda Novruz çərşənbələrində 19 nəfər ölüb
İranda Novruz çərşənbələri zamanı 2834 nəfər xəsarət alıb, daha 19 nəfər həlak olub. Dogrusoztv.az İran mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Fövqəladə Hallar Nazirliyi yayıb. Məlumata görə, ən çox yaralı sayı isə Tehran, Şərqi Azərbaycan və Qərbi Azərbaycan vilayətlərində qeydə alınıb.Bununla yanaşı, ümumilikdə çərşənbələr zamanı İranın 29 […]
Ərdoğanın sözçüsü ABŞ-da Azərbaycan-Ermənistan məsələsini də müzakirə etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb. Dogrusoztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş ABŞ-nin paytaxtı Vaşinqtonda baş tutub. Danışıqlar zamanı ikitərəfli əlaqələr müzakirə olunub və bir sıra qlobal məsələlərə toxunulub. Rəsmilər Türkiyədə baş verən zəlzələlər, müdafiə sənayesində əməkdaşlıq, enerji […]
Laçın-Xankəndi yolundakı aksiyanın 94-cü GÜNÜ
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan haqlı etiraz aksiyası 94 gündür davam edir. Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında […]
“İqtisadiyyat nazirinə indi göstəriş verirəm ki, bu məsələni ciddi araşdırsın”
Xəbər verdiyimiz kimi, martın 13-də Berlində Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşü olub. Görüşdə “Knauf” Şirkətlər Qrupunun tərəfdaşı Uve Knotzerlə dövlət başçısı arasında maraqlı dialoq yaşanıb. Bu, “Knauf” rəsmisinin Prezidentdən xahişi ilə bağlı olub: Uve Knotzer: Sizdən və nazirlikdən bir xahişim var. Bizim alçıpan ehtiyatlarımız qurtarıb. […]
“Biz Avropa məkanına qaz ixracatımızı artırırıq” – Prezident
Biz Avropa məkanına qaz ixracatımızı artırırıq. Əgər 2021-ci ildə Avropaya 8 milyard kubmetr qaz ixrac etmişiksə, bu il bu rəqəm haradasa 12 milyard kubmetrə çatacaq. Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də Berlində Almaniya Kansleri Olaf Şolts ilə mətbuata bəyanatında söyləyib. Bu rəqəmin Azərbaycanın ümumi qaz ixracatının yarısı olduğunu […]
Universitetin səhifəsində paylaşım qalmaqalı – 1 nəfər işdən çıxarıldı
“Martın 14-ü gecə saatlarında Lənkəran Dövlət Universitetinin rəsmi feysbuk səhifəsində adminstrator Ənvər Şahqubadbəylinin səhlənkarlığı səbəbindən Qida Təhlükəsizliyi Agentliyi Lənkəran Regional Bölməsi ilə bağlı qərəzli, universitetin maraqlarını və həqiqəti əks etdirməyən, bu ali təhsil ocağının mənafeyinə uyğun olmayan yazı dərc edilib. Həmin yazıda, həmçinin universitetə ünvanlanmış, LDU-nun Təsərrüfat işləri və iqtisadi […]