Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə […]
İordaniyanın Vəliəhd Şahzadəsi Prezident İlham Əliyevi təbrik edib
İordaniya Haşimilər Krallığının Vəliəhd Şahzadəsi II Əl-Hüseyn bin Abdullah Prezident İlham Əliyevə təbrk məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Mehriban Əliyevadan təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım – FOTO
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümü ilə bağlı sosial media hesablarında paylaşım edib.Paylaşımı təqdim edirik:
“Euronews”un saytında AZAL təyyarəsinin qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc edilib
“Euronews”un saytında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın qəza ilə bağlı mövqeyi, hadisə zamanı sağ qalanların ifadələri və digər məsələlər öz əksini tapıb. Yazıda qeyd olunur ki, Azərbaycan Prezidenti istintaq nəticələrinə və şahid ifadələrinə […]
Prezident təyyarə qəzasının ildönümü ilə bağlı paylaşım etdi – Foto
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) “Embraer 190” tipli sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının ildönümü ilə bağlı paylaşım edilib.Həmin paylaşımı təqdim edirik:
Ağdam şəhərinə növbəti köç karvanı yola salınıb
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 308 nəfərdən ibarət 83 ailə köçürülüb. Bakı şəhərindən – 77 ailə (292 nəfər); Bərdə rayonundan – […]
İş adamı Şamil Heydərov ölkə mətbuatında barəsində səslənən iddiları yalanladı
Tanınmış iş adamı Şamil Heydərov eləcədə “İdeyal İnşaat” MTK ölkə mətbuatında dərc olunan xoşagəlməz yazılarla bağlı təkzib məktubu göndərib. Mən, Heydərov Şamil Hilal oğlu, Qərbi Ermənistanın Uluxanlı bölgəsindənəm. 1988-ci ildə ailəm və bütün nəslimiz digər həmvətənlərimizlə birlikdə Ermənistandan zorakılıqla qovulmuş insanlardanıq. Qərbi Azərbaycandan olan hər kəs kimi biz də Ulu […]
Prezident Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib, sakinlərlə görüşüb – YENİLƏNİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 24-də Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak edib və buraya köçən sakinlərlə görüşüblər. Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına kompleksdə yaradılmış şərait barədə məlumat verdi. Bildirildi ki, ərazisi 13 hektardan çox olan […]
“Tam qadağa yox, tənzimləmə xahiş edirik” – Sahibkarlar hökumətə müraciət edir
“Azərbaycanda elektron siqaretlərin dövriyyəsinin tam qadağan olunmasını nəzərdə tutan qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılması sahibkarlar arasında ciddi narahatlıq yaradıb. Müzakirələrin gedişində sağlamlığın qorunması ilə bağlı dövlətin mövqeyi anlayışla qarşılanır və sahibkarlar bu yanaşmanı dəstəklədiklərini açıq şəkildə bildirirlər”. Bu, elektron siqaretlərlə bağlı qanun layihəsi fonunda sahibkarların Nazirlər Kabinetinə, Prezident Administrasiyasına, […]
Ərdoğan da Əliyevə zəng etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bununla bağlı Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Türkiyə Prezidenti dövlət başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb. Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib. Telefon […]