Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Qubadlı rayonundan fotolar paylaşıb. AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “Allah Azərbaycan hərbçilərini qorusun!”.
Azərbaycanlı alim vəfat etdi – Həyat yoldaşını 12 gün öncə itirmişdi – FOTO
Filologiya elmləri doktoru, dosent Nizami Muradoğlu koronavirusdan vəfat edib. Doğrusöztv.az xəbər verir ki, bu barədə Yenicag.az-a onun yaxınları məlumat verib. Nizami Muradoğlunun 12 gün öncə həyat yoldaşını da COVID-19-dan itirdiyi bildirilir. Qeyd edək ki, Nizami Muradoğlu 1996-2002-ci illərdə Naxçıvan Muxtar Respublikası Ordubad rayonunun İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.
Məktəblərdə dərslər tam dayanacaq? – RƏSMİ
Təhsil müəssisələri qapılarını açmasından sonra ölkədə yoluxanların sayında yenidən artım müşahidə olundu. BiG.AZ xəbər verir ki, bunun nəticəsində bəzi məktəblər qapadıldı, bəzilərində isə müəyyən siniflər distant təhsilə keçdilər. Eyni vəziyyət universitetlərdə də hökm sürür. Universitetlərdə qruplar, fakultələr bağlandı. Mövcud vəziyyətdən hər kəs narahatdır və veriləcək qərarı gözləyir. Bəs, Azərbaycanda təhsil müəssisələri əyani […]
Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın İstanbulda görüşü gözlənilir
Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın İstanbulda görüşü gözlənilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı “Twitter” hesabında paylaşım edib. “Cənab Prezident Əliyevin “Qardaşım” dediyi zaman kimi nəzərdə tutduğunu hər kəs çox yaxşı bilir. Prezidentlərimiz bir il ərzində 3-cü dəfə – sabah, oktyabrın […]
Bərdə və Ağcabədidə COVİD-19-a qarşı reyd keçirilib
Bərdə və Ağcabədi Rayon Polis Şöbələrinin əməkdaşları bu məqsədlə qapalı məkanlarda və ictimai nəqliyyatda yoxlama tədbirləri həyata keçirilib. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, yoxlamalar zamanı qayda pozuntusuna yol vermiş şəxslərlə maarifləndirici səpkidə söhbətlər aparılıb, bir neçə nəfər barəsində isə inzibati qaydada protokollar tərtib edilib. Qeyd edək […]
Birinci vitse-prezident Mehriban Əliyeva: Allah xalqımızı qorusun! (VİDEO)
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Prezident İlham Əliyevlə Zəngilana səfərindən görüntü paylaşıb. Trend xəbər verir ki, paylaşımda deyilir: “İşğaldan azad olunmuş torpaqlarda xatirələr. Kədər və sevinc. Allah xalqımızı qorusun!”.
Vətən Müharibəsinin 27-ci günü: 23 oktyabrda nələr baş verdi? – VİDEO
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. XəzərXəbər Vətən müharibəsinin oktyabrın 23-nə aid olan xronikasını təqdim edir. – […]
Bakı sakinləri eyvanlarından prezident və ailəsini belə salamladılar – VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva oktyabrın 22-də Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışında iştirak ediblər. AZXEBER.COM xəbər verir ki, mərkəzin yaxınlığındakı çoxmərtəbəli binanın sakinləri mənzillərinin eyvanlarından Prezident İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və qızları Leyla Əliyevanı salamlayıblar Bu gönderiyi Instagram'da gör […]
Nazir yüksək vəzifəli şəxsləri işdən çıxardı
Sabunçu Rayon Polis İdarəsində xidməti yoxlama aparılıb. Doğrusöztv.az-ın manset.az-a istinadən məlumatına görə, xidməti yoxlamanın nəticəsində Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə Sabunçu Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Azər Quliyev, Təhqiqat şöbəsinin rəisi, polis polkovnik-leytenantı İlqar Rzayev, Cinayət-axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəşad Rəcəbov, […]
Prokurorluq Xaçmazda məktəblinin ölümü ilə bağlı araşdırmalara başladı
Xaçmaz rayonunda məktəblinin ölümü ilə bağlı araşdırmalar başlanıb. Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.