Leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Sentyabrın 22-si axşamdan 23-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən DOĞRUSÖZTV.AZ-a verilən məlumata görə, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, çaylarda suluğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 18-23 m/s-dək güclənəcək

“Doing Business”in 2020-ci il hesabatında qərəzlilik və maraqlara xidmət müşahidə olundu – Deputat

Reytinqlərinin tərtib edilməsini və nəşrini rəsmən dayandıran “Doing Business” hesabatının reytinq sıralaması ölkələrdə biznes və investisya mühitinin əlvərişliliyi, o cümlədən, dünya iqtisadiyyatındakı mövcud vəziyyətin müəyyənləşdirilməsində böyük rol oynayırdı. Amma təəssüf ki, 2020-ci ilin reytinq hesabatının hazırlanmasında qərəzlilik və maraqlara xidmət müşahidə olundu. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər […]

“Cənub Qaz Dəhlizi” digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil – Nazir

“Cənub Qaz Dəhlizi” digər qaz-nəqliyyat sistemləri ilə rəqib deyil, əksinə, bir-birini tamamlayır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya Vertikal” jurnalına müsahibəsində deyib. Nazir xatırladıb ki, “Cənub Qaz Dəhlizi” dünyada ən iri infrastruktur layihələrindəndir və 2020-ci il dekabrın 31-dən Azərbaycan qazı bu marşrutla Avropaya nəql olunmağa başlayıb: […]

Prezident İlham Əliyev Vladimir Putinə telefonla zəng edib

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng etmişdir. Doğrusöztv.Az bildirir ki, bu barədə Prezidentin Mətbuat xidmətindən məlumat verilib. Dövlətimizin başçısı Rusiya Prezidentini Hakim “Yedinaya Rossiya” Partiyasının parlament seçkilərində qələbə qazanması münasibətilə təbrik etmişdir. Azərbaycan Prezidenti bu qələbəni Vladimir Putinin rəhbərliyi ilə ölkənin inkişafı və […]

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova açıqlama verib. O bildirib ki, bəzi xəbər portallarında ekologiya və təbii sərvətlər nazirinin xidməti […]

Əhaliyə ŞAD XƏBƏR: Əməkhaqqı ARTIRILACAQ

Azərbaycanın 2022-ci il dövlət büdcəsinin layihəsinə əsasən gələn il əməkhaqlarında və sosial ödənişlərdə artım nəzərdə tutulub. BiG.AZ bildirir ki, gələn il dövlət büdcəsinin xərcləri 28,974 milyard manat məbləğində (ÜDM-in 35,6 faizi) proqnozlaşdırılıb. Layihəyə görə, gələn il cari xərclər artırılaraq büdcənin 68,7 faizini, yəni 19,9 milyard manat təşkil edəcək. Xərclərin artmasına təsir […]

Bir sıra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu

Sentyabrın 17-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi payız sessiyasında ilk iclasını keçirib. Videokonfrans formatında keçirilən iclasda gündəlik barədə komitənin sədri Hicran Hüseynova məlumat verib. Parlamentdən verilən məlumata görə, Komitə sədri əvvəlcə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2021-ci ilin yaz və növbədənkənar sessiyası ərzində gördüyü […]

TƏBİB-ə yeni səlahiyyət verilib

Doğumun qeydə alınması ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) yeni səlahiyyət verilib Trend xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”əksini tapıb. Dəyişikliyə görə, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi […]

Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Ağdamda səfərdədir (FOTO)

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın bu gün Ağdama səfəri başlayıb. Doğrusöztv.Az -ın Qarabağ bürosunun məlumatına görə, Xüsusi nümayəndə işğal zamanı ermənilərin Ağdamda törətdiyi vəhşilikləri, dağıntıları gözləri ilə görəcək. Toivo Klaarı Prezidentin Ağdam üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşılayıb. Emin Hüseynov qonağa Ağdamda erməni vandalları tərəfindən törədilən […]