Moskvada Rusiya, Azərbaycan Prezidentləri və Ermənistanın baş naziri arasında üçtərəfli görüş keçirilir (FOTO)

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdədir. Doğrusöztv.Az xəbər verir ki, hazırda Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş keçirilir.  Xəbər yenilənəcək

Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib (FOTO/VİDEO)

Yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfərə gəlib. Doğrusöztv.Az xəbər verir ki, Moskvanın “Vnukovo-2” Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər rəsmi şəxslər qarşılayıblar.

“Qarabağın səsi” xeyriyyə konserti keçiriləcək

Yanvarın 10-u Bakı vaxtilə saat 21-də Londonda fəaliyyət göstərən Beynəlxalq Azərbaycan İcmasının və “Red Hearts” Fondu ilə əməkdaşlıq edən könüllülər qrupunun təşəbbüsü ilə “Qarabağın Səsi” (“Voice of Karabakh”) adlı qlobal onlayn xeyriyyə konserti keçiriləcək. Doğrusöztv.Az bildirir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Britaniya Azərbaycanlıları İcmasının və Beynəlxalq […]

Ceyhun Bayramov İndoneziyada sərnişin təyyarisinin qəzaya uğraması ilə bağlı başsağlığı verib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov “Twitter” hesabında İndoneziyada sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib. Doğrusöztv.Az-ın məlumatına görə, paylaşımda deyilir: “Cakartanın yaxınlığında baş verən faciəvi təyyarə qəzası ilə bağlı xəbərlər məni çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə başsağlığı diləyirik. Dəstəyimiz və həmrəyliyimiz qardaş İndoneziya […]

Kadr siyasəti rüşvətxorluq və korrupsiya ilə mübarizəyə mühüm töhfə verib – Deputat

Kadr siyasəti ümumdövlət siyasətinin əsas sütunlarından biridir. Obyektiv xarakterə malik olan bu siyasət hər bir sivil cəmiyyətin inkişafında mühüm rol oynayır. Doğrusöztv.Az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin deputatı İltizam Yusifov deyib. Onun sözlərinə görə, çağdaş dövrdə dövlət idarəçiliyi ilə dövlət qulluğunun, dövlətin sosial-iqtisadi inkişaf problemlərinin həllini səmərəli təmin edə […]

ICESCO-nun Baş direktoru Azərbaycana səfər edəcək

İslam Dünyası Elm, Təhsil və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik yanvarın 11-də Azərbaycana səfər edəcək. Doğrusöztv.Az bildirir ki, bu barədə Trend-ə təşkilatın Rabatdakı baş ofisindən bildiriblər. Baş direktor Bakıda Azərbaycan rəsmiləri ilə keçirəcəyi görüşdə ICESCO ilə ölkəmiz arasında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın perspektivlərini müzakirə […]

Hərbçilərimiz Qarabağda minatəmizləmə fəaliyyətlərini davam etdirirlər – Türkiyə MN (FOTO)

Qəhrəman Azərbaycan Ordusunun 44 gündə böyük qələbə qazandığı Qarabağda ərazilərin minalardan təmizlənməsi işləri davam edir. Ermənistan ordusunun yerləşdirdiyi minalar öz ərazilərini işğaldan azad edən Azərbaycan Ordusu tərəfindən təmizlənir. Trend xəxəbr verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir. Məlumatda bildirilir: “Quru Qoşunlarımızın Xüsusi Mina Axtarış və Təmizləmə […]

Prezident İlham Əliyev Vidadi Muradovu “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsindən azad edib

Prezident İlham Əliyev Vidadi Muradovun “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, sərəncamda qeyd edilir ki, Vidadi Aydın oğlu Muradov “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilsin.

Fatma Yıldırım: “Bir şuşalı kimi çox qürurluyam”

“Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir. Xalqımız əsrlərdən ötüb gələn bu zəngin irsimizi yaşadaraq onu qoruyub, saxlayıb. Amma təəssüflər olsun ki, təcavüzkar düşmənlərimiz Qarabağda 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımızda mədəni irsimizə ciddi ziyan vurublar, çoxlu sayda tarixi-mədəni abidələrimizi məhv ediblər. Lakin biz bu gün torpaqlarımızı böyük şücaət göstərərək məkrli […]

Həsən Həsənov səfir postundan geri çağırıldı – SƏRƏNCAM

Prezident İlham Əliyev Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri Həsən Həsənovla bağlı sərəncam imzalayıb. Modern.az xəbər verir ki, sərəncama əsasən, Həsən Əziz oğlu Həsənov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Həsən Həsənov mərhum prezident Heydər Əliyevin komandasında təmsil olunmuş eks-nazirlər sırasına daxildir. Həsən Həsənov hələ Kommunist […]