Naxçıvan Muxtar Respublikası Sədərək Gömrük Postunun rəisi vəzifəsindən uzaqlaşdırılıb. Dogrusoztv.az apa-ya istinadən xəbər verir ki, Nicat Mahmudov öz ərizəsi ilə işdən azad edilib. Artıq postun yeni rəisinin də adı məlumdur. Belə ki, Astara Gömrük Postunun rəis müavini Kənan Heydərli Sədərək Gömrük Postunun rəisi təyin olunub.
Rusiyada “qanuni oğru” həbs edildi
Stavropol Ərazi Məhkəməsi 2004-cü ildə Moskvada kriminal avtoritetlərin iclasında “qanuni oğru” statusu almış 48 yaşlı Qaraçay-Çərkəz sakini barəsində hökm çıxarıb. Dogrusoztv.az rus mətbuatına istinadən xəbər verir ki, o, “Cinayət aləmində ən yüksək vəzifə tutma” maddəsi ilə təqsirli bilinib. “17 ildən artıqdır ki, o, Rusiyanın cənubunda, o cümlədən Stavropol diyarında fəaliyyət göstərən kriminal […]
Paşinyan arvadı ilə pivə içərkən – FOTOLAR
Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanla içki masasında çəkilən fotoları yayılıb. Bu barədə Anna Akopyan feysbuk səhifəsində paylaşım edib. Ermənistanda müxalif kəsim Paşinyanı tənqid atəşinə tutsa da, tərəfdarları burada qeyri-adi bir şey olmadığını bildiriblər. Modern.az
Bakıda 9 mərtəbədən hündür binaların tikintisi DAYANDIRILIR
Azərbaycanda 9 mərtəbədən hündür yaşayış binalarının tikintisinin dayandırılması nəzərdən keçirilir. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov bildirib. Onun sözlərinə görə, hündürmərtəbəli yaşayış binalarının tikintisinin dayandırılması üçün plan hazırlanıb. “Məndə olan məlumata görə, dövlətin bununla bağlı planları var. Plana əsasən, ölkə ərazisində 9 mərtəbədən artıq binalar tikilməyəcək. Azərbaycan və Türkiyə seysmik […]
Laçın-Xankəndi yolundakı aksiyanın 80-ci GÜNÜ
Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada manitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdiyi aksiya 80 gündür davam edir. Aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər. Aksiyanın məramı əvvəlki […]
Əli Kərimin həyat yoldaşı vəfat etdi
Şair Əli Kərimin ömür gün yoldaşı Elza Kərimova ötən gün 84 yaşında vəfat edib. Bu barədə kulis.az-a mərhumun nəvəsi Əli Kərim məlumat verib. Allah rəhmət eləsin.
Kamran Əliyev “Tərtər işi”ndən DANIŞDI: mənəviyyatsızlıqdır…
Çox təəssüflər olsun ki, bəzi şəxslər “Tərtər işi”ndən öz çirkin məqsədləri üçün istifadə etməyə cəhd edirlər. Bunu Real TV-yə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib. “Bu işi gündəmdə saxlamaqla, bir növ özlərini gündəmdə saxlamağa cəhd edirlər. Bu yolverilməzdir. Hesab edirəm ki, insanların hissləri ilə manipulyasiya etmək özü bir mənəviyyatsızlıqdır”, – […]
Günün qoroskopu: Ruhi müvazinəti bərpa edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirik.Qoç – çətin və mühüm məsələlərin həlli üçün əlverişli gündür. Yaxınlarınız uğurlarınızı təqdir edir, sizə həyan durmağa çalışırlar. Çətin məsələləri asanlıqla həll edə bilərsiniz. Kiçik qələbələrlə kifayətlənməyin. Qarşınıza ciddi məqsədlər qoyun, hədəfə çatmağa çalışın. Belə olarsa, […]
Prezident Naxçıvan Ali Məhkəməsinə sədr TƏYİN ETDİ – FOTO
Səadət İnayət qızı Bəktaşi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Səadət Bəktaşi həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin olunub.
Ceyhun Bayramovdan Ermənistana ÇAĞIRIŞ
Ermənistan indi də görüşlərdən boyun qaçırır. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. “Biz öz növbəmizdə real nəticəyə köklənmişik. Hal-hazırda, belə demək olarsa, onlayn danışıqlarla davam edirik və Sülh sazişi layihəsinə dair sənədlərin qarşı tərəfə göndərilməsi baş verir”. […]