Bu gün ölkəmizdə Azərbaycanın milli dəyərlərini heçə sayan, öz maraqlarını hər şeydən üstün tutan və yeri gələndə milli dəyərlərimizi tapdalamaq istəyənlər də var. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Yurddaş Partiyasının sədri Mais Səfərli deyib. Onun sözlərinə görə, bu gün “Milli Şura” bir çox hallarda heç öz sözünü belə […]
İsveçin Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərib
İsveçin Kralı XVI Karl Qustav Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Zati-alinizə ən xoş təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq arzu edirəm”.
BAŞ NAZİRDƏN QƏRAR: 8 GÜN İŞ OLMAYACAQ
Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib. Bununla bağlı Baş Nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Doğrusöztv.Az xəbər verir ki, qərara əsasən, xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 […]
“Kamil səni bizə əmanət edib” – Kənandan Kamilə dəstək
Məşhur rejissor Kənan Mahmudov sosial şəbəkədəki paylaşımı ilə marağa səbəb olub. Doğrusöztv.Az Milli.Az -a istinadla bildirir ki, Kənan instaqram hesabında bir neçə gün öncə həbs edilən idmançı Kamil Zeynallının anası Sahilə xanımla foto paylaşıb. O, fotonu paylaşaraq: “Kamil bir neçə günlük səni bizə əmanət edib. Elə dost üçün sənə təşəkkür edirəm” şərhini […]
Fransa hökuməti turizm sektorunun dirçəlməsinə 18 milyard avro yardım edəcək
Fransızlar iyul və avqust aylarında tətilə gedə bilərlər. Doğrusöztv.Az Milli.Az -a istinadən bildirir ki, bu barədə Fransa Baş Naziri Eduard Filip turizmə yardımla bağlı hökumət planını təqdim edərkən deyib. Baş Nazir bildirib ki, ölkədə otellərin 95 faizi bağlıdır. Qeyd edib ki, Fransa tarixində ilk dəfə hökumət turizm sektorunun inkişafına 18 milyard […]
Prezident İlham Əliyevlə CISCO şirkətinin rəhbərləri arasında videokonfrans keçirilib
Mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib. APA-nın xəbərinə görə, videokonfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi Şahmar Mövsümov və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin […]
Rusiyalı ekspert: Azərbaycanda tikilən günəş elektrik stansiyası Avropa və keçmiş SSRİ ölkələri arasında dördüncü ən iri stansiya olacaq
Azərbaycanda tikilən günəş elektrik stansiyası Avropa və keçmiş SSRİ ölkələri arasında dördüncü ən iri stansiya olacaq. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə rusiyalı ekspert, iqtisad elmləri namizədi İqbal Quliyev deyib. Onun sözlərinə görə, bu gün bərpa olunan enerjinin inkişafı ölkənin dayanıqlı inkişafının zəruri şərtidir: “Azərbaycan dünyada 25 aparıcı neft-qaz istehsalçısından biri […]
Avropada karantin rejimi ilk bu ölkədə başa çatdı
Sloveniya koronavirus pandemiyası ilə əlaqədar karantin rejimini başa çatdıran ilk Avropa ölkəsi olub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ölkə hökuməti ötən gecədən etibarən epidemiyanın başa çatdığını elan edib. Qeyd olunur ki, son iki həftə ərzində Sloveniyada yoluxanların sayı gündə 7 nəfərdən çox olmayıb. Bu gündən etibarən Sloveniyaya gələnlərin karantinə alınması […]
Bələdiyyə sədri tərəfindən incidildiyini iddia edən sahibkar prezidentə müraciət etdi – “Torpaqlarımız əlimizdən əsassız şəkildə alınır!” – FOTOLAR
Biləsuvarda Biləsuvar rayonunun Səmədabad kənd sakini, sahibkar Muradov Talıb sözügedən kəndin bələdiyyə sədri Həsənov Hidayətdən şikayətçidir. O, bələdiyyə sədrinin kənd camaatına, əsasən də Qarabağ veteranlarına, Aprel döyüşlərində iştirak etmiş şəhid ailəsinə qarşı haqsızlıqda ittiham edir. Torpaqlarının əasassız şəkildə əlindən alındığını iddia edən kənd sakini düşdükləri durumdan çıxış yolu tapmaq üçün […]
Bəxtiyar Əliyev: Azərbaycanda könüllülük hərəkatı çox geniş yayılıb
Azərbaycanda könüllülük hərəkatı çox geniş yayılıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə könüllülər bu gün Azərbaycanda çox geniş fəaliyyət göstərirlər. Doğrusöztv.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev deyib. B.Əliyev bildirib ki, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları öz fəaliyyətlərini […]