Rusiya hərbçiləri Ukraynanın Donetsk vilayətinin Liman şəhərini tamamilə məhv ediblər.Bu barədə Kiyev vilayəti Milli Polisinin bəyanatında qeyd olunub.Liman meri Aleksandr Juravlev bildirib ki, şəhər tamamilə işğal olunub:“Limanda qaz, su, işıq yoxdur. Orada 7,5 minə yaxın sakin var. Onları evakuasiya etmək mümkün deyil”.
AKP Ərdoğanın prezidentliyə namizədliyini irəli sürdü
Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın 2023-cü il prezident seçkilərində yenidən namizəd olacağı açıqlanıb. Bunu hakim Ədalət və İnkişaf Partiyasının sözcüsü Ömər Çelik bəyan edib. “Cumhur İttifaqının prezident seçkilərindəki namizədi Rəcəb Tayyib Ərdoğandır”, – deyə Çelik bildirib. O, ölkə müxalifətinin öz məğlubiyyətlərinə indidən bəhanə uydurmağa çalışdığını da qeyd edib. […]
Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri görüşəcək
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Dogrusoztv.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, iclas iyunun 6-da baş tutacaq.
MOİK-in sabiq rəhbəri həbs edilib
Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov həbs edilib. Elxan Məcidov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirilir.
Bu şəxslərə “Əməkdar mühəndis” adı verildi – SƏRƏNCAM
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.Sərəncamda deyilir:Su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə “Əməkdar mühəndis” fəxri adı verilsin:Abasov Xalid Əvəz oğluAbdullayev Elşad Əlipaşa oğluAbışov İxtiyar Şükür oğluMəmmədov Adəm İman oğluMəmmədov Natiq Misir oğlu.
Prezident onları təltif etdi – SİYAHI
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev su təsərrüfatı və meliorasiya işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Sərəncama əsasən, su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: 3-cü dərəcəli “Əmək” ordeni iləBünyatov Zalış Alkişi oğlu Hacıyev Vahid Hilal oğlu Həsənov Arif Daxıl oğlu Məmmədov Cahan Cahangir oğlu “Tərəqqi” medalı […]
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini Heydər Piriyev icra edəcək
Milli Müdafiə Universitetinin rektoru vəzifəsini icra edən şəxs məlum olub. Dogrusoztv.az xəbər verir ki, bu, general-leytenant Heydər Piriyevdir.
“RİA Novosti”nin Azərbaycanda bloklanması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
Azərbaycanda “RİA Novosti” agentliyinin internet informasiya resursuna giriş məhdudlaşdırılıb. Bu barədə Rəqəmsal inkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. “Azərbaycan Respublikasında yayılması qanunla qadağan edilən informasiyanın yerləşdirilməsi halları ilə bağlı internet informasiya resurslarına girişin məhdudlaşdırılması “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanuna əsasən, müvafiq icra hakimiyyəti […]
Üç futbolçu Azərbaycan millisindən QOVULDU
Qəbələdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-19) heyətində dəyişiklik olub.Üç futbolçu – Xəyal Fərzullayev (“Sumqayıt”), Qurban Səfərov (“Şamaxı”) və Elcan Əbilov (“Neftçi”) – heyətdən kənarlaşdırılıb.Onlar nizam-intizam qaydalarını pozduqlarına görə baş məşqçi Miloş Velebitin qərarı ilə yığmadan qovulublar. Əvəzində “Qəbələ” klubunun üzvü – qapıçı Məmməd Muradov […]
“Teknofest”də iştirak edən hərbçilərimiz mükafatlandırıldı
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov “Teknofest Azərbaycan” Aerokosmik və Texnologiya festivalının təşkilində, eləcə də keçirilməsində fəal iştirak edən Azərbaycan Ordusunun hərbi qulluqçularını mükafatlandırıb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq nümunələrindən biri olan festivalda hər iki ölkənin hərbi pilotlarının birgə […]