“Ukraynaya hər sahədə dəstəyimizi davam etdirəcəyik” – Çavuşoğlu

alfonsonri

“Strateji tərəfdaşlarımız Ukrayna, Gürcüstan və Moldovanın ərazi bütövlüyü və suverenliyini güclü şəkildə dəstəkləyirik”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə brifinqdə söyləyib. “Ukraynaya hər sahədə dəstəyimizi davam etdirəcəyimizi bir daha vurğulamaq istəyirəm”, – XİN başçısı qeyd edib.

Prezident və xanımı “Şərq Bazarı”nda – Foto

alfonsonri

Bakıda “Şərq Bazarı” kompleksi bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış olublar. Dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, “Şərq Bazarı” kompleksinin bərpa və yenidənqurması işləri icra olunarkən bir sıra nüanslara xüsusi diqqət yetirilib. Bərpa zamanı […]

Bir tələbəyə xərclənən vəsait açıqlanıb

alfonsonri

2021-ci ildə bir nəfərin təhsil almasına sərf olunan orta xərc 1767 manat təşkil edib. Bunu təhsil nazirinin müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, ən böyük göstərici 2604 manat ilə ali təhsildədir. “Peşə təhsilində 1567 manat və ümumitəhsil pilləsində xərc 1125 manatdır”, – deyə İ.İsayev qeyd edib.

İdarə rəisi bu əməllərə görə həbs olunub – Rəsmi

alfonsonri

Xəbər verdiyimiz kimi Şəmkir Regional Mədəniyyət İdarəsinin rəisi saxlanılıb. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, İdarənin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı daxil olmuş vətəndaş müraciəti əsasında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. İdarə rəisi Azər Rəcəbovun həmin idarənin İnsan resursları şöbəsinin rəisi […]

Van Dammın azərbaycanlı gəlininin xınası oldu – VİDEO

alfonsonri

Dünyaca məşhur aktyor Van Dammın oğlu Kristofer Van Barenberqlə ailə quran Suada Hacızadənin xına mərasimi keçirilib.  Xına mərasimi Bakıdakı restoranlardan birində baş tutub.  Suada gecədən görüntüləri sosial şəbəkə hesabında paylaşıb. Qeyd edək ki, Kris və azərbaycanlı pianoçu Suada Hacızadə ötən il nikah bağlayıblar. Suada Hacızadə Prezident mükafatçısıdır, yeddi dəfə beynəlxalq musiqi müsabiqəsinin laureatı […]

Putin böyük “təmizləməyə” başlayır

alfonsonri

Vladimir Putin öz səhvlərini etiraf edə bilmədiyi üçün Rusiyada böyük kadr təmizlənməsinə hazırlıq işartıları var.Bu barədə politoloq İvan Preobrajenski deyib.“Düşünürəm ki, bu (müharibə əleyhdarı hərəkat) müharibənin lap əvvəlindən yaranıb. Qeyri-rəsmi məlumatlara görə, Kreml işğal olunmuş ərazilərin bərpasını regional büdcələrə, müvafiq olaraq, regional elitaların üzərinə yıxmağa, baş verənlərə görə məsuliyyəti öz […]

Paytaxtın bu yollarında sıxlıq müşahidə edilir

alfonsonri

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb. Mərkəzdən verilən məlumata görə, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir: 1. Bakı-Sumqayıt şosesində – Xocəsən yolu ilə kəsişmədən Beynəlxalq Avtovağzalın qarşısına qədər; 2. Moskva prospektində – Bakı Beynəlxalq Avtovağzalın qarşısından “20 Yanvar” […]

Millətlər Liqası: Millimiz Belarusla qarşılaşacaq

alfonsonri

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində II turun növbəti oyunları keçiriləcək. A,B,C və D Liqalarında ümumilikdə 7 qarşılaşma baş tutacaq. A Liqasının 1-ci qrupunda son dünya çempionu Fransa finalçı Xorvatiyanın qonağı olacaq, Bu komandalar ilk turu məğlubiyyətlə başa vurublar. Onları yenən Avstriya və Danimarka bu dəfə bir-biriləri ilə üz-üzə […]

Çavuşoğlu ilə Bayramov Türkiyə millisinin matçını izləyiblər – VİDEO

alfonsonri

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyə yığmasının oyununu izləyib. Bu barədə M.Çavuşoğlu “Twiter” hesabında bildirib. O, azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə Türkiyənin qadın voleybolçulardan ibarət yığmasının oyununu izləməsi ilə bağlı paylaşım edib. “Azərbaycan xarici işlər naziri Ceyhun qardaşımla Filenin Sultanlarını (Türkiyənin qadın voleybolçulardan ibarət […]