Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının iclaslarının keçirilməsi qaydası dəyişib. Bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb. Fərmana əsasən, Şuranın iclasları onun üzvlərindən azı doqquz nəfər iştirak etdikdə baş tutmuş sayılacaq. Əvvəl bu tələb səkkiz üzv idi.
Azərbaycan Los-Ancelesə yeni baş konsul TƏYİN ETDİ
Ramil Kamil oğlu Qurbanov Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Zaur Əliyev Tarif Şurasının üzvü TƏYİN EDİLDİ
Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi genişləndirilib. Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli 341 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Dəyişikliklə “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının tərkibi”nin “Şuranın üzvləri” hissəsinə Dövlət Statistika […]
Prezident Yunanıstandakı səfiri geri çağırdı – SƏRƏNCAM
Prezident İlham Əliyev Anar Xeybər oğlu Hüseynovun Azərbaycan Respublikasının Yunanıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Milli Məclisin gündəliyi dəyişdi
Milli Məclisin bugünkü iclasının gündəliyinə dəyişiklik edilib. Gündəliyə Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı əlavə olunub. Bununla da gündəlikdəki məsələlərin sayı 20-yə çatıb. *** Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İlasın gündəliyinə 19 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley […]
Goranboyda polis faciəvi şəkildə öldü
Goranboy rayonunda polis yol qəzasında dünyasını dəyişib. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, Goranboy Rayon Polis Şöbəsinə rayonun Zeyvə kəndi ərazisində yol-nəqliyyat hadisəsi olması barədə məlumat daxil olub. Dərhal Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar nəticəsində məlum […]
Laçın-Xankəndi yolundakı aksiyanın 117-ci GÜNÜ
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 117 gündür davam edir. Aksiya iştirakçıları ötən gecə boyu yüksək fəallıq nümayiş etdiriblər. Toplanış yerində təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunub və heç bir insident qeydə alınmayıb. Etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi […]
Prezident Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 7 aprel Ümumdünya Sağlamlıq Günü ilə bağlı paylaşım edib. Bu barədə ölkə başçısının “Twitter” sosial şəbəkəsində qeyd olunub. “Ümumdünya Səhiyyə Təşkilatı özünün 75 illiyini qeyd edir. Azərbaycan hər kəsin sağlamlığının təmin edilməsinə dair BMT-nin 3-cü Dayanıqlı İnkişaf Məqsədinin icrasına mühüm əhəmiyyət verir və bununla bağlı […]
“Dini komitə və Allahşükür Paşazadənin idarəsi ciddi səhvlərə yol verib”
“Müəyyən agentura şəbəkəsinin Azərbaycanda strukturlaşması, uzun illər boyu din və ideoloji sahələrdə kök salması bizim bu sahəyə diqqətimizin az olmasının nəticəsidir. Bu işlərlə məşğul olmalı olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Şeyxülislam Allahşükür Paşazadənin idarəsi çox ciddi səhvlərə yol veriblər”. Bunu “Unikal”a açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib […]
Prokurorluq məktəbdəki zəhərlənmə ilə bağlı araşdırma aparır
Bakı şəhəri 20 nömrəli məktəb-liseydə şagirdlərin qidadan zəhərlənməsi faktı üzrə Yasamal rayon prokurorluğunda araşdırma aparılır. Baş Prokurorluğun Mətbuat xidmətindən “Unikal”a verilən məlumata görə, ilkin ehtimallara əsasən, şagirdlər quş əti tərkibli qidadan zəhərlənib. Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə təhsil müəssisəsinin bufetindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.