Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, telefon söhbəti zamanı Nursultan Nazarbayev helikopter qəzası nəticəsində hərbi qulluqçularımızın həlak olması ilə əlaqədar Prezident İlham Əliyevə başsağlığı verib. Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını […]
Prezident İlham Əliyev Nursultan Nazarbayevə zəng edib
Dekabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevə telefonla zəng edib. Doğrusöztv.Az bildirir ki, Prezidentin Mətbuat Xidmətindən verilən məlumata görə, dövlətimizin başçısı 30 il bundan əvvəl Qazaxıstanın ilk Prezidenti seçilən Nursultan Nazarbayevi Qazaxıstan Respublikasının Birinci Prezidenti Günü münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar, möhkəm cansağlığı […]
Helikopter qəzasında şəhid olanlarla vida mərasimi başlayır (FOTO)
Dövlət Sərhəd Xidmətinə məxsus hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbçilərlə vida mərasimi başlayır. Doğrusöztv.Az xəbər verir ki, mərasim Dövlət Sərhəd Xidmətninin Sərhədçi İdman Kompleksində keçirilir. Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində polkovnik Cavadov […]
SON DƏQİQƏ! Rəsmi siyahı açıqlandı: ADLAR
Dövlət Sərhəd Xidmətini (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb. Oxu24.com-un xəbərinə görə, DSX-nin rəisi müavini İlham Mehdiyev bildirib ki, qəza nəticəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb. Həlak olan hərbi qulluqçuların adları: polkovnik Cavadov Fizuli Əli İbram oğlu;polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu;mayor Həsənov Elmir Mircəlil oğlu;mayor […]
Vətən müharibəsi qazisi heç kimi xatırlamır – VİDEO + AÇIQLAMA
Sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin snayperi qazi Hüseyn Mustafayevin tibbi vəziyyəti ilə bağlı videogörüntülər və məlumatlar yayılıb. Oxu24.com xəbər verir ki, məlumatda qazinin Aprel döyüşləri və Vətən Müharibəsi iştirakçısı olduğu bildirilir. Qeyd olunur ki, qazinin yaddaşı gedib, heç kimi tanımır. Danışa, yemək yeyə, su içə bilmir. Bədənində çox sayda qəlpələr […]
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Oxu.Az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik – leytenantı Şakir Rüstəmov Mingəçevir Şəhər Polis Şöbəsinin (ŞPŞ) İctimai Təhlükəsizlik bölməsinin rəisi təyin edilib. Qeyd edək ki, Ş.Rüstəmov bu təyinata qədər Qazax RPŞ-da xidmət üzrə rəis […]
Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum – Erl Litsenberger
Mən Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Brüsseldə görüşünün keçiriləcəyi xəbərini eşitməkdən məmnun oldum. Doğrusöztv.Az-ın məlumatına görə, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger deyib. “ABŞ Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasının tərəfdarıdır. Biz bu addımı alqışlayırıq” – deyə, səfir vurğulayıb.
Azad edilmiş ərazilərdə görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 22-də Koreya Respublikasının Prezidenti yanında Şimali İqtisadi Əməkdaşlıq Komitəsinin nazir statusunda sədri Çong Soo Parkı qəbul edib. Doğrusöztv.Az xəbər verir ki, dövlətimizin başçısı yaxın vaxtlarda Azərbaycanın azad edilmiş torpaqlarında görüləcək işlərlə bağlı Koreya Respublikasında təqdimatın keçiriləcəyini vurğulayaraq bildirdi ki, bundan məqsəd Koreya şirkətlərinin azad […]
Üç ABŞ şirkəti Qarabağda layihələrdə iştirak edir – Səfir
ABŞ-dan üç şirkət Qarabağda layihələrdə iştirak edir. Doğrusöztv.Az bildirir ki, bunu bu gün ABŞ-ın Azərbaycandakı səfiri Erl Litsenberger Trend-in sualını cavablandırarkən deyib. “Hesab edirəm ki, ABŞ şirkətlərinin Qarabağda iştirakı üçün çox imkanlar var. Amerika şirkətləri ən yaxşı texnologiyalara malikdir və ən qabaqcıl təcrübələrini təklif edə bilərlər” – deyə, E.Litsenberger bildirib.
Azərbaycanda polkovnik-leytenant vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunların Mətbuat Xidmətinin keçmiş rəisi polkovnik-leytenant Təranə Məmmədova dünyasını dəyişib. T.Məmmədova bu gün Yasamal qəbiristanlığında dəfn olunub. Onun qan təzyiqindən əziyyət çəkdiyi bildirilib. Uzun müddət idi, müalicə olunurdu. Xatırladaq ki, T.Məmmədova 1992-2013-cü illərdə Daxili Qoşunlarda xidmət edib. ///lent.az