Səfər Mehdiyev: “Mal nomenklaturasına 44 yeni risk profili əlavə edilib”

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə mal kodlarının və malların gömrük dəyərinin düzgün bəyan olunmaması nəzərə alınmaqla hazırlanan profillər təhlil olunub. “Report” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tviterdəki hesabında yazıb. “Nəticədə ötən il ərzində 17 risk profili deaktiv edilərək 44 yeni risk profili sistemə əlavə edilib”, – o qeyd edib

Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır

“Yolumuz Qarabağa” layihəsi ilə işğaldan azad edilən ərazilərə təşkil olunan səfərlər çərçivəsində Ağdam istiqamətində müntəzəm avtobus marşrutları fəaliyyətə başlayır. Bunu “Report”ub sorğusunda cavab olaraq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib. Məlumata görə, hazırda sabah, yəni yanvarın 24-də daxil olmaqla Ağdama getmək istəyənlər üçün satışda Biletlər var. Bakı-Ağdam marşrutunun birtərəfli qiyməti […]

“Məşğulluq marafonu” üzrə 1550-dən çox şəxs işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na bu günədək 610 işəgötürən qoşulub. Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin və müharibədə yaralanmış hərbi qulluqçuların məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4005 vakansiya təqdim ediblər. Həmin vakansiyalar üzrə Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarından […]

Koronavirus kişilərdə impotensiya yaradır?

Koronavirusa qarşı peyvənddən imtina edilməsi kişilərin səhhətində ciddi problemlərə səbəb ola bilər. Bu barədə “American Journal of Epidemiology” nəşri məlumat yayıb. Elmi jurnalda dərc edilən məqalədə bildirilib ki, SARS-CoV-2 koronavirusu vaksinasiyadan keçməyən kişilərdə potensiyanın qısamüddətli azalmasına səbəb ola bilər. Lakin peyvənd olunmuş şəxslərdə belə hallar müşahidə edilmir. Bundan əlavə, mütəxəssislər […]

Ötən il Bakı Şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib

Ötən il Bakı Şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib Ötən il Bakı şəhər Prokurorluğunun bir işçisi işdən azad olunub, 5 nəfərə töhmət verilib. “Report” xəbər verir ki, bu barədə Bakı şəhər Prokurorluğu orqanlarının ötən il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində […]

“20 yanvarda qaranlıq gecədə, şam işığında dünyaya göz açmışam”

“Bu gün həm mənim, həm də millətimizin yenidən doğulduğu gündür. Həmin gecə nə qədər əliyalın, dinc vətəndaş şəhid oldu, bəlkə də onların adını, ruhunu və missiyasını davam etdirmək üçün biz o şərəfli gecədə doğulduq. Bilmirəm, bu gün onların adını layiqincə davam etdirə bilirəm ya yox, amma vətənimizə layiqli vətəndaş olmağa […]

Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib

Türkiyənin Milli Müdafiə Nazirliyi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verib. “Report” xəbər verir ki, bu barədə nazirliyin tviter səhifəsində paylaşım edilib. “1990-cı il yanvarın 20-də Azərbaycanda baş verən və “Qara Yanvar” olaraq adlanan qətliamda şəhid olan qardaşlarımızı rəhmətlə anırıq. Yaxşı gündə də, pis gündə də “tək […]

Azad edilmiş ərazilərə avtobus marşrutları açılacaq

Yanvarın 24-dən etibarən Şuşa və Ağdama ilk müntəzəm avtobus marşrutlarının açılması gözlənilir. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, ilkin mərhələdə Şuşa və Ağdama reyslər üçün şərait yaradılacaq. Nəzərdə tutulan marşrut xətləri Bakı-Şuşa-Bakı, Əhmədbəyli-Şuşa-Əhmədbəyli, Bakı-Ağdam-Bakı və Bərdə-Ağdam-Bərdədir. “Sərnişindaşımada sistemliliyin, növbəliliyin təmin edilməsi, kvotalara ciddi riayət edilməsi, müvafiq məlumat bazasının formalaşdırılması üçün marşrut […]

Dövlət orqanlarında çalışan bu işçilərin maaşları artırıldı

Nazirlər Kabinetinin “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərarında dəyişiklik edilib. Doğrusöztv.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Dövlət orqanlarında çalışan dövlət qulluqçusu olmayan işçilərin (xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s.) aylıq vəzifə maaşları 2022-ci il yanvarın 1-dən aşağıdakı […]