Yol polisi tətildən qayıdan sürücülərə müraciət edib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) qeyri-iş günlərinin bitməsi ilə daimi yaşayış yerlərinə qayıdan sürücülərə müraciət edib. Müraciətdə deyilir: “Bayramlarla əlaqədar qeyri-iş günlərinin başa çatması ilə bölgələrdən daimi yaşayış yerlərinə qayıdan vətəndaşların iştirakı ilə respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyi müşahidə olunur. Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına […]

“FIFA Series – 2026”: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək

Futbol üzrə Azərbaycan millisi “FIFA Series – 2026” beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək. Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını […]

Rasim Balayevin cənazəsi Bakıya gətirildi

İstanbulda müalicə olunduğu xəstəxanada vəfat edən Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirilib. Mərhum aktyorun nəşini daşıyan təyyarə gecə saatlarında Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. Bir neçə saat sonra görkəmli sənətkarla Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında vida mərasimi keçiriləcək. Daha sonra o, I Fəxri xiyabanda dəfn olunacaq. […]

Bakıda iki icra başçısı subasma hadisəsi baş verən əraziyə gəliblər

Xəzər və Binəqədi rayon icra başçıları subasma hadisəsi baş verən əraziyə gəliblər. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, bəzi ərazilərdə gün ərzində normadan dəfələrlə artıq yağan yağış nəticəsində kollektorlar tərəfindən suların kənarlaşdırılmasında problemlər yaranıb. Bununla əlaqədar bu gün Xəzər Rayon İcra Hakimiyyətinin […]

Sabah gündüzdən Bakıda yağıntılar tədricən kəsiləcək

Bakıda və Abşeron yarımadasında martın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın ayrı-ayrı yerlərində yağan güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma hallarının davam edəcəyi istisna olunmur. Gündüz yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq […]

DTX Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının ildönümü ilə bağlı videopaylaşım edib

Xəbər verdiyimiz kimi, Azərbaycan təhlükəsizlik orqanlarının yaradılmasının 107-ci ildönümü tamam olur. Ümummilli Lider Heydər Əliyevin 1997-ci il 23 mart tarixli Sərəncamına əsasən, hər il martın 28-i təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu əlamətdar tarix öz başlanğıcını Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın […]

Uçqun olub, Quba-Xınalıq yolu bağlanıb

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib. APA-nın yerli bürosunun məlumatına görə, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb. Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb. Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır. Sürücülərə […]

ADY: Hava şəraiti ilə bağlı qatarların qrafikində qismən kənara çıxma halları ola bilər

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür. ADY-dən verilən məlumata görə, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, əməkdaşlar tərəfindən bütün ərazilərə nəzarət edilir. Bəzi sahələrdə təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən […]