Ötən gün Qubada 11 yaşlı uşaq çayda batıb.Hadisə rayonun Qəçrəş kəndində baş verib. Qudyal çayının kənddən keçən hissəsində çimən Xəyyam Tərlan oğlu Məmmədov boğulub.
Tramp İranın blokadasının bərpa olunduğunu və Hörmüz boğazından daşınan yüklərə görə 20% ödəniş alınacağını elan edib
Hörmüz boğazı açıq qalacaq və ABŞ-ın onun təhlükəsizliyini təmin edəcək. Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb. “Hörmüz boğazı açıqdır və İranın istəyindən asılı olmayaraq açıq qalacaq. Biz “İran blokadası”nı bərpa edirik. Bu blokada yalnız İranın gəmilərinin və ya onun müştərilərinin boğazdan giriş-çıxışını məhdudlaşdırır. Bütün digər ölkələr […]
Sabah bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək – XƏBƏRDARLIQ
Azərbaycanda iyulun 14-dən həftənin sonunadək bəzi rayonlarda şimşək çaxacaq, dolu düşəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, iyulun 14-dən həftənin sonunadək Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların lokal leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. […]
Milli Məclisin növbədənkənar sessiyasının son iclasında 26 məsələ müzakirə ediləcək – YENİLƏNİB
Milli Məclisin növbədənkənar sessiyasının iyulun 14-ə təyin olunan son plenar iclasının gündəliyi açıqlanıb. İclasda 26 məsələ müzakirə olunacaq: Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək. Bununla bağlı parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib. Sədr iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib. Xatırladaq ki, səlahiyyəti dövründə Milli […]
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Rusiyanın səhiyyə naziri Mixail Muraşko ilə görüşüb. Bu barədə Nazirlər Kabineti məlumat yayıb. Görüşdə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının növbəti məzun buraxılışının əhəmiyyəti vurğulanıb. Yüksək ixtisaslı tibb kadrlarının hazırlanmasında mühüm rol oynayan filial Azərbaycan-Rusiya əməkdaşlığının uğurlu nümunələrindən biri kimi dəyərləndirilib. Görüş […]
İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb
Azərbaycan Prezidenti İlham Əliyevin sosial media hesablarında IV Şuşa Qlobal Media Forumu ilə bağlı videoçarx paylaşılıb. Həmin paylaşımı təqdim edirik:
Sabah Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək
Milli Məclisin növbədənkənar sessiyasının son iclası iyulun 14-də keçiriləcək. Bununla bağlı parlamentin spikeri Sahibə Qafarova bugünkü iclasın yekununda məlumat verib. Sədr iclasın gündəliyi haqqında məlumat veriləcəyini bildirib. Xatırladaq ki, səlahiyyəti dövründə Milli Məclis ildə iki dəfə – iyulun 15-dən avqustun 30-dək və yanvarın 1-dən 15-dək tətilə buraxılır. Buna görə də […]
Sabah ölkə ərazisində 39 dərəcə isti olacaq
Azərbaycanda iyulun 14-də 39 dərəcə isti olacaq.Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 %, […]
İlham Əliyev: Bizi istəməyən qüvvələrlə mübarizəmiz daimi olacaq
Prezident İlham Əliyev Azərbaycanı istəməyən qüvvələrin heç vaxt əl çəkməyəcəyini deyib və bu mübarizənin daimi olacağını bəyan edib. Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti dünyanın dəyişdiyini, yeni təhdidlərin və təxribatların ortaya çıxdığını […]
Prezident: 2027-ci ildə İƏT sammitinin Azərbaycanda keçirilməsi – böyük məsuliyyətdir
2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) sammitinin Azərbaycanda keçirilməsi ölkə üçün böyük məsuliyyətdir. Bu fikirləri Prezident İlham Əliyev Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində deyib. Prezidentin sözlərinə görə, Azərbaycan həmişə müsəlman ölkələri arasında həmrəyliyin gücləndirilməsinin lehinə […]