Sabah saat 08:00-dan etibarən etibarən 10 gün müddətinə Bakı şəhəri, Nərimanov rayonu, “Bağırov” körpüsünün üzərindəki geri dönmədə (metronun “Koroğlu” stansiyasından şəhərə və əks istiqamətlərdə) “Azərbaycan Dəmir Yolları” QSC-nin aparacağı təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyiməlumat yayıb. “Sürücülərdən aparılan işlərə anlayışıla […]
Məcnun Məmmədov Şərurda vətəndaşları qəbul edəcək
Avqustun 15-də saat 09:00-da kənd təsərrüfatı naziri Məcnun Məmmədov Şərur rayon icra hakimiyyətinin inzibati binasında Naxçıvan şəhərindən, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbulda iştirak etmək istəyənlər 060 596 69 62 nömrəli telefona zəng edərək əvvəlcədən qeydiyyatdan keçə bilərlər. Qəbula yazılmaq üçün, həmçinin nazirliyin […]
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Prezident İlham Əliyevi təbrik ediblər
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri Vaşinqton görüşünün nəticəsi olaraq imzalanan Birgə Bəyannamə münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər. Təbrikdə deyilir: “Zati-aliləri. Prezident Donald Trampın şahidliyi ilə Amerika Birləşmiş Ştatlarında Azərbaycanın mühüm rolu olan sülh sazişi ilə bağlı Birgə Bəyannamənin imzalanması münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından Sizə ən səmimi […]
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub
Rezidenturaya qəbul imtahanının II mərhələsinin nəticələri elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb Bildirilib ki, namizədlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. İmtahanda iştirakı gözlənilən 905 namizəddən 4 nəfər imtahana gəlməyib. Namizədlərdən 610 nəfər müsabiqə şərtini (ixtisas fənləri üzrə […]
Ermənistan silahlı qüvvələrinin Xocalıda girov götürdüyü şəxs: Bıçağı uşaqlarımın boğazına dirəməklə mənə iztirab verirdilər
Bakı Hərbi Məhkəməsində avqustun 11-də məhkəmə prosesində zərərçəkmiş şəxs Aybəniz Orucova ifadə verərək, 1992-ci ildə Xocalı soyqırımından iki gün sonra əkiz oğlanları da daxil olmaqla bütün ailə üzvləri ilə birlikdə girov götürüldüyünü deyib. Aybəniz Orucova Xocalıya hücum zamanı meşəyə qaçdıqlarını, iki gün orada qaldıqdan sonra girov götürüldüklərini söyləyib. Qardaşı da […]
Qusar sakini həyat yoldaşını və qaynını baltalayıb, biri ölüb, digəri xəsarət alıb
Qusar rayonunda bir nəfərin ölümü, bir nəfərin isə xəsarət alması ilə nəticələnən insident olub. 67 yaşlı Qusar rayon sakini Vəkil Saday oğlu Əlibəyov həyat yoldaşı, 49 yaşlı Şəlalə Ömərovanı və qaynı, 57 yaşlı Şirin Şəmsəddin oğlu Ömərovu baltalayıb. Nəticədə Ş.Ömərov ölüb, Ş.Ömərova isə xəsarət alıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən […]
Ukraynaya humanitar yardım üçün Azərbaycan iki milyon dollar vəsait ayırıb – SƏRƏNCAM
Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya növbəti humanitar yardımın göstərilməsi ilə bağlı Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Energetika Nazirliyinə iki milyon ABŞ […]
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub
Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının avqustun 12-də ödənilməsi nəzərdə tutulub. Bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.
İlham Əliyevin sülh gündəliyi: dünən təzyiq edənlər bu gün təbrik edirlər – ŞƏRH
ABŞ Prezidenti Donald Trampın dəvəti, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Vaşinqtonda keçirilən sülh sammitinin böyük rezonans doğuracağı əvvəlcədən bəlli idi. Hələ danışıqlar ərəfəsində medianın əldə etdiyi məlumatlardan görünürdü ki, danışıqların zəngin gündəliyi və imzalanacaq sənədlər Azərbaycanla Ermənistan arasında sülh gündəliyini finiş xəttinə çıxaracaq […]
Bu gün ali məktəblərə ixtisas seçimi başlayır
Ali təhsil müəssisələrinə ixtisas seçimi 11-19 avqust tarixlərində aparılacaq və “Abituriyentin elektron ixtisas seçimi ərizəsi” gün ərzində aktiv ediləcək. Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər ixtisas seçimi ilə bağlı Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Azərbaycan Texniki Universiteti, Memarlıq və İnşaat Universiteti, Qərbi Kaspi Universiteti, Azərbaycan Universiteti, […]