Rusiya ilə ABŞ arasında növbəti görüş keçiriləcək

Rusiya və ABŞ arasında növbəti görüşün tarixi açıqlanıb. Bu barədə “RİA Novosti”yə açıqlamasında Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov danışıb. Onun sözlərinə görə, iki həftə ərzində ölkələr arasında ekspertlər səviyyəsində görüş keçiriləcək. Xatırladaq ki, fevralın 18-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Rusiya və ABŞ nümayəndələri arasında görüş baş tutub. Rusiya […]

“Qarabağ” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

Premyer Liqada 24-cü turun oyunları davam edir. Bu gün əvvəlcə “Araz-Naxçıvan” öz meydanında “Səbail”i qəbul edəcək. Günün ikinci matçında – turun mərkəzi qarşılaşmasında “Qarabağ” öz meydanında “Sabah”la görüşəcək. Hazırda Ağdam klubu 56 xalla çempionatın vahid lideridir. “Sabah” isə 32 xalla beşinci pillədə qərarlaşıb. Son iki turda qalib gələn Qurban Qurbanovun […]

Samuxda oğul 84 yaşlı atasını baltaladı

Samuxda oğul atasına balta ilə xəsarət yetirib. Hadisə rayonun İnstitut qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1978-ci il təvəllüdlü Ş.Zeynalov yaşadığı evdə atası 1941-ci il təvəllüldü A. Zeynalovun müxtəlif nahiyələrinə balta ilə xəsarət yetirib. Xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Ş. Zeynalovun ruhi xəstə kimi qeydiyyatda olduğu, hadisədən sonra Gəncə şəhər Psixiatriya […]

Şagirdlərin elektron yerdəyişməsi ilə bağl YENİLİK

2024/2025-ci tədris ilinin II yarımili üzrə 25 fevral saat 15:00-dan etibarən başlayır. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə […]

Beynəlxalq Ana dili günü – Min sınaqdan çıxan, yaşayıb, inkişaf edən Azərbaycan dili – ANALİZ

“İnsan dilinin altında gizlənib” deyirlər. Bununla dil şəxsin keyfiyyət göstəricilərindən biri olaraq tanınır. Dil həm də bir etnosun varlığı, mövcudluğu üçün əsas elementdir. Dil mədəniyyət daşıyıcısıdır. Onun yoxluğu nəticəsində etnos assimilyasiya olunur, tarixə çevrilir. Bəzən dil qalır, etnos ölür. Latınlar kimi. Hazırda dünyada 7 min dil var. Ancaq hər il […]

Bu universitetdə dərslər təxirə salındı

Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində axşam dərsləri təxirə salınıb. Modern.az-ın əldə etdiyi məlumata görə, buna səbəb hava şəriti olub. Ali təhsil müəssisəsi saytın sorğusuna cavab olaraq məlumatı təsdiq edib. Qeyd edilib ki, qarlı hava şəraiti ilə əlaqədar 16:00-dan sonra hava şəraiti ilə əlaqədar olaraq dərslər keçirilmir, axşam dərsləri isə təxirə […]

Bəxtiyar Vahabzadənin 100 illiyi qeyd olunacaq

Prezident İlham Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda deyilir: “2025-ci ilin avqust ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Bəxtiyar Mahmud oğlu Vahabzadənin anadan […]

Bu gün avtobuslar saat 21:30-dək işləyəcək

“Kəskin hava şəraiti ilə əlaqədar təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün Bakı şəhəri və Abşeron rayonu ərazisində avtobuslar saat 21:30-dək fəaliyyət göstərəcək”. Bu barədə Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov deyib. “Sərnişinlərdən səfərlərini planlayarkən bunu nəzərə almalarını xahiş edirik. Hərəkət iştirakçılarına ehtiyatlı olmaları, kəskin hava şəraitinin […]

Sabah da qar yağacaq

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlmat verilib. Bildirilib ki, gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi […]