2050-ci ilə kimi su ehtiyatlarımız 15-20 faiz azalacaq – RƏSMİ

alfonsonri

“Su ehtiyatlarımız azdır, proqnozlarımız o qədər də sakitləşdirici deyil. Son illər su ehtiyatlarımız azalmağa doğru gedir”. Bunu ölkədə su qıtlığının səbəbləri və mövcud vəziyyətlə bağlı keçirilən mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov  deyib. O qeyd edib ki, 2050-ci ildə su ehtiyatlarımızın 15-20 faiz azalacağı gözlənilir.

Bakıda atışma – 3 nəfər güllələndi

alfonsonri

Bakıda atışma olub. Dogrusoztv.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı Dövlət Sirkinin yaxınlığında qeydə alınıb. Silahlı insidentlə bağlı əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Nəsimi rayonu ərazisində 3 nəfərin odlu silahdan açılan atəş nəticəsində […]

Bakıdan Ağstafaya 4 saat 55 dəqiqəyə çatacağıq

alfonsonri

Mart 18-dən etibarən Bakı-Gəncə-Bakı istiqamətində hərəkət edən sürətli qatarın marşrutu Ağstafa stansiyasına qədər uzadılacaq. Bu barədə  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) məlumat verilib. Bildirilib ki, Bakı-Ağstafa-Bakı marşrutu üzrə ilk dəfə sürətli qatarla sərnişin daşımaları həyata keçiriləcək. Rəsmi məlumata görə, sərnişinlər Bakıdan Ağstafaya 2020-ci ilin martına qədər fəaliyyət göstərən […]

Masallıda repetitor yanından qayıdan 17 yaşlı qız qaçırıldı

alfonsonri

Masallı rayonunda 11-ci sinif şagirdi olan 17 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə martın 9-da qeydə alınıb. Universitetə hazırlaşan və repetitor yanından evə qayıdan qız bir neçə nəfər tərəfindən maşına mindirilərək qaçırılıb. 18 yaşı noyabrda tamam olacaq şagirdin ailəsinin polisə müraciətindən sonra o tapılıb və ailəsinə təhvil verilib. DİN-in Mətbuat […]

Almaniyada kilsədə ölənlərin sayı artdı – YENİLƏNİB

alfonsonri

Hamburqda Yehovanın Şahidləri kilsəsində baş verən atışma nəticəsində azı 8 nəfər həlak olub. Bu barədə “Welt” nəşri məlumat yayıb. Polis 7 nəfərin ağır, 17 nəfərin isə yüngül xəsarət aldığını bildirir. Hadisə yerində araşdırmalar davam etdirilir. ***09:04 Almaniyanın Hamburq şəhərində Yehovanın Şahidlərinin kilsəsində 30-a yaxın adam güllələnib. Hadisə nəticəsində 7 nəfər […]

Laçın yolunda sərhəd nəzarət-keçid məntəqəsi yaradılsın – Nazirdən TƏKLİF

alfonsonri

“Ermənistan Laçın yolunda şəffaflıqda maraqlı deyil”. Bu, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş katibi Antoniu Quttereşə ünvanladığı məktubda öz əksini tapıb. Bildirilib ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti nümayəndələrinin Laçın yolunda etiraz aksiyası ilə bağlı heç bir məsuliyyət daşımır və onların legitim etiraz hüquqlarının qarşısının alınmasına məcbur edilə bilməz. […]

Şənbə gününə olan hava proqnozu

alfonsonri

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 […]

Bəzi xidmət haqlarının məbləği müəyyənləşdi – QƏRAR

alfonsonri

“Qida və yem məhsullarının, habelə qida məhsulları ilə təmasda olan material və məmulatların nümunələrinin sınaq laboratoriyalarında tədqiqinə (sınağına) görə xidmət haqqının məbləği” təsdiq edilib.  Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.  Bu Qərar 2023-cü il yanvarın 1-dən tətbiq edilir. Həmin xidmət haqlarının məbləğləri ilə buradan tanış ola bilərsiniz.

Türkiyədəki Heydər Əliyev parkı köçürülür – AÇIQLAMA

alfonsonri

Türkiyənin Iğdır bölgəsindəki Heydər Əliyev parkı yaxın aylarda yenidən qurulacaq.  Məsələ ilə bağlı “Unikal”a açıqlamasında Iğdır bələdiyyə başçısının müavini Ferdi Turan bildirib ki, parkla birlikdə Heydər Əliyevin heykəlinin də başqa bir əraziyə köçürülməsi planlaşdırılır.  “Hazırda bizim bələdiyyə binasını da başqa bir yerə köçürməyi düşünürük. Heydər Əliyev parkı da yenidən salınacaq […]

Vilayət Eyvazov Ramil Usubovun qardaşı oğlunu işdən AZAD ETDİ

alfonsonri

Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, H. Usubov sərəncama götürülüb. O, saytımıza açıqlamasında məlumatı təsdiqləyib. Qeyd edək ki, Hikmət Usubov sabiq daxili işlər naziri, hazırda Təhlükəsizlik Şurasının […]