Kahramanmaraşda baş verən zəlzələlər nəticəsində 48 min 448 nəfərin həyatını itirib. Bu barədə Türkiyənin daxili işlər naziri Süleymən Soylu jurnalistlərə açıqlamasında deyib.
Qarabağ erməniləri ilə görüş Bakıda keçirilə bilər
Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Bu barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından məlumat verilib. Görüşün yaxın günlərdə Bakı şəhərində keçirilməsi təklif olunur.
Azərbaycanda ər arvadını QƏTLƏ YETİRDİ
Gəncədə qətl hadisəsi baş verib. Hadisə şəhərin köhnə avtovağzal adlanan ərazisində qeydə alınıb. Belə ki, 1985-ci il təvəllüdlü Elşən Quliyev həyat yoldaşı 1989-ci il təvəllüdlü Yeganə Hümbətovanı bıçaqla qətlə yetirib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
“Ali təhsillə bağlı qərarı hansısa məmur verməli deyil” – Rektor
“Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı əvvəlki səsləndirdiyim təkliflərim nəzərə alınmayıb. Ali təhsil qarşısında duran ciddi problemlərin həlli qanun layihəsində kənarda qalıb. İlk olaraq ali təhsilin məqsədini müəyyən etmək lazımdır. Bu, əsas məsələdir”. Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən ictimai dinləmədə UNEC-in rektoru Ədalət […]
“Harada görülüb ki, fakültəyə 75 nəfər qəbul olunsun, amma 100 nəfər bitirsin” – Deputat
“Vətəndaşlarımız gedib xaricdə təhsil ala bilərlər. Bu, onların hüququdur. Biz necə edək ki, universitetlərə qəbul hamı üçün əlçatan olsun? Amma universitetlər keyfiyyətli kadr buraxsın”. Bunu Milli Məclisdə “Ali təhsil haqqında” qanun layihəsi ilə bağlı keçirilən dinləmədə deputat Musa Qasımlı deyib. “Harada görülüb ki, bir universitetin məsələn, hüquq fakültəsinə 75 nəfər […]
İlham Əliyev Roma Papasını təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Zati-müqəddəsləri, Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. […]
“Bazarlığa gedib, kəndir alıb və özünü asıb” – İntihar edən məmurun atası
Xəbər verdiyimiz kimi, ötən gün Nizami rayon İcra Hakimiyyəti başçısının köməkçisi Rauf Mehdiyev intihar edib. Rauf Mehdiyevin atası, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev “Unikal”a açıqlamasında oğlunun intihar etməsinin səbəbini bilmədiyini qeyd edib: “Məni yandıran odur ki, Raufun heç bir problemi, […]
DYP-dən sürücülərə dumanlı hava ilə bağlı MÜRACİƏT
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən martın 13-də dumanlı hava şəraiti ilə əlaqədar olaraq ölkə ərazisində bəzi magistral yollarda görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir ki, bu da sürücülər üçün bir sıra çətinliklər yarada bilər. Bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, […]
Laçın-Xankəndi yolunda 92 GÜN
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 92 gündür davam edir. Hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında Azərbaycanın […]
Günün qoroskopu: durumun gərginləşdiyi məsələləri diqqətlə müşahidə edin
Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edirikQoç – gərginlik sizi bir işi yarımçıq qoyub başqasına başlamağa vadar etməsin. Yaxın ətrafınızdakı insanlardan biri nüfuzundan yararlanaraq sizə təzyiq etmək istəyəcək. Situasiyalar təhlükəlidir. Qalmaqal, münaqişə, anlaşmaların pozulması, müqavilənin ləğv olunması, münasibətlərin kəsilməsi istisna deyil. Buğa – […]