“Sülh müqaviləsi bu halda reallaşacaq” – Paşinyan

alfonsonri

“Azərbaycan enerji və logistika qovşağına çevrilib və onun həm Rusiya, həm də bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin növbədənkənar sessiyasında çıxışı zamanı bildirib.O, regionda sabitliyin Qərblə Rusiya arasında konsensusa çevrilmə ehtimalını deyib: “Cənubi Qafqazın özü böyük bir kəsişmədir və burada Ermənistan və Gürcüstanın […]

Tibbi maskalarla bağlı güzəşt 2030-cu ilədək uzadıldı

alfonsonri

Tibbi maskaların istehsalı məqsədilə ölkəyə gətirilən kimyəvi saplardan hopdurulmuş və ya hopdurulmamış, örtüklü və ya örtüksüz, təkrarlanmış və ya təkrarlanmamış, toxunmamış materiallara tətbiq edilən güzəştin müddəti uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının […]

Səbinə Əliyeva: “Ermənistan Ombudsmanı əsir düşən əsgərlərimizlə bağlı həqiqəti gizləyir”

alfonsonri

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan tərəfindən saxlanılmış azərbaycanlı hərbi qulluqçuların hüquqlarının təmini məsələsini mandatları çərçivəsində diqqətdə saxlamaları üçün aidiyyəti beynəlxalq və regional təşkilatlara məktubla müraciət edib. Ombudsman Aparatından verilən xəbərə görə, müraciətdə xüsusilə Azərbaycan Silahlı Qüvvələrinin əsgərinin qeyri-insani rəftara məruz qalması ilə bağlı Ermənistan mediasında […]

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

alfonsonri

“Qanunvericiliyə əsasən, hər hansı məktəb rəhbərliyi barədə cinayət işi açılırsa, o halda direktor müəyyən müddətə işindən kənarlaşdırılır. Cinayət tərkibi təsdiq olunub hökm çıxarılırsa, işinə xitam verilir. Bu iki anlayış fərqlidir”. Bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib. Direktorların fəaliyyətlərinə nəzarət prosesindən danışan nazirin sözlərinə görə, bu məsələdə […]

Ramazanda bayram namazının vaxtı açıqlandı

alfonsonri

Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinin sorğusuna əsasən təqdim etdiyi təqvimə görə, aprelin 21-də Azərbaycanda Ramazan bayramının olacağı gözlənilir. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, hər il olduğu kimi bayram namazı bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə saat 09:00-da qılınacaq: “Aprelin 20-də […]

Azərbaycan çempionatları tarixinin ən uzun məğlubiyyətsizlik seriyaları – SİYAHI

alfonsonri

“Qarabağ” Azərbaycan Premyer Liqasının 2022/23 mövsümündə ilk məğlubiyyətini alıb. Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, Qurban Qurbanovun yetirmələri XXX turda “Sabah”la səfər matçında 1:2 hesabı ilə uduzublar. Bununla da “Kəpəz”in 1997/98 mövsümündəki məğlubiyyətsiz çempionluq rekordu təkrarlanmayıb. Ağdam klubu ümumilikdə Premyer Liqada 49 oyundan sonra xalsız qalıb. “Qarabağ” sonuncu dəfə 2021-ci […]

Ermənistanda Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb

alfonsonri

Ermənistan Baş Prokurorluğu tərəfindən azərbaycanlı hərbçilər Aqşin Bəbirov və Hüseyn Axundov barəsində cinayət işi başladılıb. Onlar Ermənistan dövlət sərhədini qanunsuz keçməkdə və odlu silah-sursat daşımaqda ittiham edilirlər. Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Aqşin Bəbirov və Hüseyn Axundovun barəsində həbs qətimkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycan Ordusunun əsgərləri – […]

Yeni rəis kimdir? – Dosye

alfonsonri

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib. Mürsəl İbrahimov1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində […]

Arzu Rəhimovun yerinə o təyin olundu – Sərəncam

alfonsonri

Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edib. Sərəncamla bu vəzifəyə Mürsəl Qorxmaz oğlu İbrahimov təyin olunub. Xatırladaq ki, dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.