Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 135 gündür davam edir. Aksiya iştirakçıları tərəfindən Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması böyük sevinc və coşqu ilə qarşılanıb. Belə ki, aksiya iştirakçıları […]
Milli Məclis 12 məsələyə görə TOPLAŞIR
Bu gün Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçiriləcək. İclasın gündəliyinə 12 məsələ daxil edilib. Bunlar aşağıdakılardır: 1. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklik edilməsi haqqında. 2. Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı. 3. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə […]
Türkiyə vətəndaşlarının Sudandan təxliyəsi üçün səylərini davam etdirir – Çavuşoğlu
Ankara Türkiyə və digər ölkələrin vətəndaşlarının Sudandan çıxarılması üçün səylərini davam etdirir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “TV 100” telekanalına müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, Türkiyə hakimiyyəti 1490 vətəndaşını Efiopiya ərazisi vasitəsilə Sudandan təxliyə edib. “Sudandan 1 490 nəfəri avtobusla təxliyə etdik. Onlardan 640-ı Efiopiyaya çatıb. 189 […]
Miyatoviç azərbaycanlı əsirlərdən danışdı: “Bu vəhşilikdir!”
Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç işgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yayılmasını vəhşilik adlandırıb. Bu fikirləri Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Avropa Şurasının yaz sessiyası zamanı söyləyib. “İşgəncələrə məruz qalmış azərbaycanlı əsgərin fotosunun sosial şəbəkələrdə yaymaq vəhşilikdir”, – o qeyd edib. Komissar […]
Partlayışdan sonra iki nəfər dağıntılar altından çıxarıldı – (YENİLƏNİB)
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Biləsuvar şəhərində beşmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal FHN Dövlət Yanğından Mühafizə Xidməti Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. FHN-dən bildirilib ki, hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının […]
“Simonyanın açıqlaması Azərbaycanın daxili işlərinə müdaxilə cəhdidir” – Milli Məclis
Ermənistan parlamentinin spikeri Alen Simonyanın Laçın-Xankəndi yolunda sərhəd nəzarət-buraxılış məntəqəsi təsis edilməsi ilə bağlı sosial şəbəkələrdə verdiyi açıqlama qəbuledilməzdir. Bu, Azərbaycanın daxili işlərinə növbəti müdaxilə cəhdidir və bölgədə sülh və əmin-amanlığa töhfə vermir”. Bu barədə Azərbaycan Respublikası Milli Məclisi Mətbuat xidmətinin Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Respublikası tərəfindən Laçın-Xankəndi […]
Sabaha olan hava proqnozu
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti olacaq. Atmosfer […]
Ayxan Hacızadə fransalı həmkarına CAVAB VERDİ
“23 aprel 2023-cü il tarixində Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsinin təsis etməsi tədbiri ilə əlaqədar Fransa Avropa və xarici işlər nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr tərəfindən verilmiş bəyanat tamamilə əsassızdır”. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib. O qeyd edib […]
TDT dövlətlərinin jurnalistləri üçün təlimin açılışı olub – FOTOLAR
Aprelin 24-də Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatının tərəfdaşlığı ilə Təşkilata üzv dövlətlərin jurnalistləri və media mütəxəssisləri üçün keçirilən silsilə təlimlərin rəsmi açılış mərasimi keçirilib. Açılış mərasimində çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov tədbirin əhəmiyyətini vurğulayıb. Bildirib ki, […]
“Qarabağ” son 3 mövsümün rekorduna imza atdı
“Qarabağ” Misli Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb. XXXI turda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb. XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə […]