Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində gərginliyi artırmaq məqsədilə iriçaplı silahlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 45 dəfə pozub. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, Ermənistan Respublikası Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun […]
“İcaze.e-gov.az” portalında icazələrin bir hissəsi ləğv edilib
Məlum olduğu kimi xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir. Doğrusöztv.Az bildirir ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət […]
Azərbaycanda əmək müqaviləsinin forması dəyişdirilir
Əmək Məcəlləsində dəyişikliklər edilməsinə dair Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən hazırlanmış yeni qanun layihəsində əmək müqaviləsinin forması ilə bağlı da Məcəllədə təkmilləşdirmənin aparılması nəzərdə tutulub. DOĞRUSÖZTV.AZ xəbər verir ki, Nazirlikdən bildirilib ki, Məcəlləyə əsasən, əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunmaqla, onun bir nüsxəsi işçidə, digər nüsxəsi […]
Fəzail İbrahimliyə yeni köməkçi təyin edildi
Milli Məclis Sədrinin müavininin yeni köməkçisi təyin edilib. DOĞRUSÖZTV.AZ-ın məlumatına görə, Emin Abdulov Məclis Sədrinin müavini Fəzail İbrahimlinin köməkçisi təyin edilib. Qeyd edək ki, Milli Məclis Sədrinin və Sədr müavininin köməkçiləri parlament Aparatının Katibliyinin əməkdaşlarıdır.
Nazir Axundovu rəis müavini TƏYİN ETDİ
Daxili İşlər orqanında yeni təyinat olub. Doğrusöztv.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, polis polkovniki Vüqar Axundov Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis şöbəsinin rəis müavini təyin olunub. Bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
“MTN-in belə əməkdaşı olmayıb” – DTX
Son günlər bəzi kütləvi informasiya vasitələrində “Ellada Kərimova MTN polkovnikinin köməyi ilə ölkədən qaçdı, “Mandarin Travel” turizm agentliyinin direktoru Ellada Kərimova böyük dələduzluqda günahlandırılsa da, keçmiş MTN polkovniki Ofeliya Mahmudovanın köməyi sayəsində ölkədən qaça bilib” başlığı altında məqalələr yayılıb. Unikal.org-un xəbərinə görə, bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saytı məlumat […]
Kamran Əliyev Neftçalaya yeni prokuror təyin edib
Prokurorluq orqanlarında yeni təyinat olub. Baş prokurorun əmri ilə Gəncə şəhər prokurorunun müavini Nəsif Nəcəfova Neftçala rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.
“Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib
“Azərbaycan” İstilik Elektrik Stansiyasının 330 və 500 kilovoltluq açıq paylayıcı qurğuları, 8 enerji bloku, İdarəetmə Dispetçer Mərkəzi, stansiyanın əsas və köməkçi sahələri, bina və qurğuları əsaslı yenidənqurmadan sonra iyunun 25-də istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Dövlətimizin başçısına stansiyada yaradılan şərait barədə məlumat verilib.
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş digər şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçuları və Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunmasında xüsusi xidmətləri olmuş aşağıdakı […]
İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışında iştirak edib. Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov dövlətimizin başçısı, Ali Baş […]