Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Mürsəl İbrahimovu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə rəis təyin edib. Mürsəl İbrahimov1970-ci il sentyabrın 20-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun Qaz Neft Mədən fakültəsini bitirib. 1992-1997-ci illərdə DİN Mühafizə İdarəsinin Xətai rayon Mühafizə Şöbəsində […]
Arzu Rəhimovun yerinə o təyin olundu – Sərəncam
Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə yeni rəis təyin edib. Sərəncamla bu vəzifəyə Mürsəl Qorxmaz oğlu İbrahimov təyin olunub. Xatırladaq ki, dövlət başçısının daha əvvəlki Sərəncamı ilə Arzu Yusif oğlu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.
“Formula 1”-ə görə yollar bu tarixə qədər bağlı olacaq
24 aprel, gecǝ 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib. O bildirib ki, nəqliyyatın hərəkəti 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq. “Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq olunacaq. Birinci […]
Prezident Arzu Rəhimovu vəzifəsindən azad etdi
A.Y.Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib. Bu barədə Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Arzu Yusif oğlu Rəhimov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən azad edilib.Qeyd edək ki, Arzu Rəhimov general-polkovnik rütbəsindədir.
Bakıda Pakistan vətəndaşları öz həmyerlilərini oğurlayaraq 20 min dollar tələb etdilər
Azərbaycana gələn Pakistan vətəndaşları həmyerliləri tərəfindən qarət olunub. Pakistan vətəndaşları – 2003-ci il təvəllüdlü Khushnam Ali və 1985-ci il təvəllüdlü Shahzad Alı bu barədə Binəqədi RPİ-nin 5-ci PB-nə müraciət ediblər. Onlar bildiriblər ki, aprelin 13-də Azərbaycana turist qismində gəldikləri zaman həmyerliləri Pakistan İslam Respublikasının vətəndaşları 1996-cı il təvəllüdlü Mukhtar Mohsin, […]
Mayda 10 gün iş olmayacaq
Mayda 10 gün iş olmayacaq. Qeyri-iş günlərinin sayı Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşib. Gələn ay 9 May Qələbə Günü, 28 May isə Müstəqillik Günüdür. Belə ki, 2023-сü ildə mayın 28-i həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq 29 may […]
Ermənistanın ombudsmanı saxlanılan hərbçilərimizlə görüşüb
Ermənistanın ombudsmanı Anait Manasyan dumanda azaraq bu ölkəyə keçən və ağır işgəncələrə məruz qalan əsgərlərimiz – Hüseyn Axundov və Aqşin Bəbirovla görüşüb. Dogrusoztv.az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan İnsan Hüquqları Müdafiə İdarəsinin mətbuat xidməti məlumat yayıb. Manasyan iddia edib ki, əsgərlərimiz işgəncə və pis rəftarla bağlı […]
G7 XİN başçıları Rusiyaya qarşı sanksiyaları saxlamaq barədə razılığa gəliblər
G7 xarici işlər nazirləri Ukraynaya dəstəyi davam etdirmək və Rusiyaya qarşı sanksiyaları saxlamaq, habelə məhdudlaşdırıcı tədbirlərə əməl olunmasına nəzarəti gücləndirmək üçün əməkdaşlıq etmək barədə razılığa gəliblər. TASS xəbər verir ki, onlar bu barədə Yaponiyanın Karuizava qəsəbəsində (Naqano prefekturası) keçirilən G7 xarici işlər nazirlərinin görüşü çərçivəsində Ukrayna ətrafında vəziyyətə həsr olunmuş […]
İran vətəndaşından onlayn yolla narkotik alan şəxs saxlanılıb
Ağcabədidə polislər şərti adı “Peyman” olan İran vətəndaşından onlayn yolla narkotik alan şəxsi saxlayıb, ondan külli miqdarda narkotik vasitələr götürülüb. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Musavat.com-a bildirilib ki, daxil olmuş əməliyyat məlumatı əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, rayonun Kəhrizli kənd sakini əvvəllər […]
Hazırda tıxac olan yolların SİYAHISI
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb. Bu barədə Modern.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib Hal-hazırda yollardakı vəziyyət: 1. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metro stansiyası istiqamətində; 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində; 3. “20 Yanvar” dairəsində; 4. Tbilisi prospekti, “20 Yanvar” metro stansiyasından mərkəz istiqamətində; 5. Mikayıl Müşfiq […]