Ölkəmizin Moldovadakı Səfirliyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə diaspor təşkilatımız Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib. Doğrusöztv.Az xəbər verir ki, Azərbaycanın Moldovadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, […]
Cüdoçumuz Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb
Azərbaycan cüdoçusu Hidayət Heydərov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Qran-Pri turnirində qızıl medal qazanıb. Doğrusöztv.Az xəbər verir ki, 73 kiloqram çəki dərəcəsində finala qədər uğurla irəliləyən idmançımız həlledici mərhələdə moldovalı cüdoçu Viktor Sterpu ilə qarşılaşmanı qalib başa vurub. Turnirdəki digər təmsilçimiz Məmmədəli Mehdiyev (90 kq) mübarizəyə sentyabrın 26-da qoşulacaq. Onun ilk […]
İƏT nümayəndə heyəti Azərbaycanda faktaraşdırıcı missiyanın nəticələri ilə bağlı bəyanat qəbul edib
Ombudsmanın dəvəti əsasında faktaraşdırıcı missiya həyata keçirmək məqsədilə ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlığı Təşkilatı Müstəqil Daimi İnsan Hüquqları Komissiyası (İƏT MDİHK) sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti missiyanın yekunları ilə bağlı Gəncə şəhərində mətbuat konfransı keçirib. Doğrusöztv.Az xəbər verir ki, Ombudsman Aparatından bildirilib ki, mətbuat konfransında əvvəlcə ölkəmizin ərazi bütövlüyü […]
Gələn il can Azərbaycandan başlayaraq, “Teknofest”i bütün müttəfiq ölkələrdə keçirəcəyik – Ərdoğan
Gələn il can Azərbaycandan başlayaraq, “Teknofest”i bütün müttəfiq ölkələrdə keçirəcəyik. Doğrusöztv.Az xəbər verir ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. “Teknofest”i beynəlxalq brendə çevirəcəyik”, – deyə Türkiyə Prezidenti qeyd edib. Onun sözlərinə görə, 2018-ci ildə “Teknofest” – texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və […]
Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovu təbrik edib
Prezident İlham Əliyev Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədova təbrik məktubu göndərib. Doğrusöztv.Az xəbər verir ki, məktubda deyilir: “Hörmətli Qurbanqulu Məlikquliyeviç, Əlamətdar ildönümü – qardaş Türkmənistanın müstəqilliyinin 30 illiyi münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycan ilə Türkmənistan arasındakı […]
Müğənni Aynur xəstəxanaya yerləşdirildi
Türkiyəli müğənni Aynur Aydın xəstəxanaya yerləşdirilib. Doğrusöztv.Az Axşam.az-a istinadən xəbər verir ki, 3 gündür qızdırma və ürəkbulanmadan əziyyət çəkən müğənninin evində qəfildən halı pisləşib və o, təcili olaraq xəstəxanaya aparılıb. Müayinə olunan sənətçi hazırda həkim nəzarəti altındadır.
İki aydır axtarılan İsmətlə Ülfətin cəsədləri tapıldı
Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşlarının ANAMA əməkdaşlarının iştirakı ilə birlikdə keçirdikləri axtarış tədbirləri nəticəsində iyul ayının 30-da itkin düşmüş Daşkəsən rayon Alaxançallı kənd sakinləri 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş cəsədlərini Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə aşkarlayıb. Doğrusöztv.Az bildirir ki, […]
Pakistan şirkətləri Azərbaycana avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb
Pakistanın “National Logistics Cell” logistika şirkəti Azərbaycan və Türkiyəyə avtomobil nəqliyyatı ilə yükdaşımalara başlayıb. Doğrusöztv.Az-ın məlumatına görə, bunu ölkənin baş nazirinin ticarət və investisiyalar üzrə müşaviri Abdul Razak Davud deyib. O bildirib ki, daşımalar TIR beynəlxalq buraxılış sistemi vasitəsilə həyata keçirilicək. Onun sözlərinə görə, bu cür buraxılışlar, əsasən özəl şirkətlərə […]
İranda özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub, Azərbaycanın ərazi bütövlüyü qorunmalıdır – Səfir
Qarabağa qanunsuz şəkildə yük daşıyan İranın özəl yükdaşıma şirkətlərinə xəbərdarlıq olunub. Doğrusöztv.Az xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi jurnalistlərə açıqlamasında deyib. S.A.Musəvinin sözlərinə görə, bununla əlaqədar Azərbaycan tərəfindən rəsmi şəkildə məlumatlar alındıqdan sonra addımlar atılıb. Musəvi bildirib ki, İran şirkətlərinə tapşırılıb ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi […]
BMT-nin İnsan Hüquqları Şurasında Ermənistan bütün mina xəritələrini Azərbaycana verməyə çağırılıb
Cenevrədə yerləşən və BMT-də akkreditə olan Beynəlxalq Hüquq və İnkişaf İnstitutunun (IRDG) proqram koordinatoru Coel Fuks BMT-nin İnsan Hüquqları Şurasının 48-ci sessiyasının 14-cü iclasında Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi və ekoloji cinayətlərdən danışıb. Doğrusöztv.Az bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. “Ekoloji cəhətdən əsaslandırılan sağlam nizamlamanın, təhlükəli maddələrin […]