Zəngilan rayonunun Birinci Ağalı kəndindən videogörüntülər yayılıb. Doğrusöztv.Az Müdafiə Nazirliyinə istinadən görüntüləri təqdim edir.
Milli Məclisin növbəti iclası sabah keçiriləcək
Milli Məclisin payız sessiyasının növbəti iclası 29 dekabrda keçiriləcək. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib. Sədr bildirib ki, büdcə zərfinin müzakirələri sabahkı iclasda üçüncü oxunuşda davam etdiriləcək.
Səudiyyə Ərəbistanı Azərbaycanda külək elektrik stansiyası tikəcək
Səudiyyə Acwa Power Ərəbistanının şirkəti Azərbaycanda külək elektrik stansiyası tikəcək Trend-in məlumatına görə, dekabrın 29-da Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Acwa Power şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələr imzalanacaq. İmzalanma mərasimi onlayn formatda baş tutacaq.
Hərbçi alilələrinə müavinətlərlə bağlı yeni qaydalar tətbiq ediləcək
Milli Məclisin bu gün keçirilən iclasında “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi ikinci oxunuşda müzakirə edilib. Doğrusöztv.Az Trend-ə istinadən bildirir ki, qanuna dəyişiklikdə müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların uşaqlarına da sosial müavinət verilməsi təklif edilir. Bununla bağlı qanuna aşağıdakı dəyişikliklər təklif edilir: “4.0.1.8. müddətli həqiqi hərbi […]
Vilayət Eyvazov onu Suraxanıya rəis TƏYİN ETDİ – FOTO
Quba rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Süleyman Nemətov yeni vəzifəyə təyin edilib. Unikal.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Nemətov vəzifəsindən azad edilərək Bakı şəhər Suraxanı rayon Polis İdarəsinə rəis təyin edilib. Qeyd edək ki, ötən ay Suraxanı Rayon Polis İdarəsinin rəisi, polis […]
Bir qrup hərbi qulluqçu “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilib – SİYAHI
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, Sərəncama əsasən, Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu […]
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Doğrusöztv.Az-ın məlumatına görə, sərəncama əsasən, Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu […]
İstirahətdə olan Şəbnəmdən YENİ FOTOLAR
Müğənni Şəbnəm Tovuzlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. Doğrusöztv.Az xəbər verir ki, müğənni bir müddətdir ki. Rusiyadadır. İstirahətdə olan Şəbnəm “instagram” hesabında yeni fotolar paylaşıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Həmin fotoları təqdim edirik:
Kəlbəcər rayonunun Məmmədsəfi kəndi (VİDEO)
Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Məmmədsəfi kəndindən videogörüntülər yayıb. Doğrusöztv.Az nazirliyə istinadən həmin görüntüləri təqdim edir:
İsmayıllıda zəlzələ olub
Dekabrın 25-də Xınalıq seysmoloji stansiyasından 16 kilometr cənubda – İsmayıllı rayonunda maqnitudası 3.1 olan zəlzələ baş verib. Doğrusöztv.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 17:14-də qeydə alınıb. Ocağı 31 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.